Əl işi olan 5 nadir avtomobil - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobillər bəzən sahibləri üçün bir ehtirasa çevrilir. Və avtomobilnə aşiq olan hər bir adam, onun bənzərsiz olduğuna inanır. Əgər siz də avtomobilinizə belə bağlısınızsa, bu araşdırma çox maraqlı olacaq. Tamamilə əl əməyi nəticəsində düzəldilmiş bir avtomobil təsəvvür edirsinizmi? Bəli, dünyada bir neçə belə avtomobil var.
Milli.Az bildirir ki, bu cür nadir vasitələrdən 1-cisi taxta avtomobildir. Avtomobilin adı "Splinter"di. Sözün azərbaycanca mənası "tilişkə" (taxta qırıntısı) deməkdir. Çünki bu avtomobil tamamilə taxtadan düzəldilib. Taxtadan olmayan yeganə hissəsi isə motorudur. Bu vasitə dünyanın ilk taxta super avtomobilidir. Avtomobil taxtadan düzəlmiş olsa da, "Porsche" və "Lamborgini" kimi markalarla yarışa da bilər. Avtomobilin tamamən ərsəyə gəlməsi 5 il vaxt aparıb. İstehsalında müxtəlif növ taxta materiallardan istifadə olunub. Saatda 386 km sürətlə gedə bilir. Çəkisi 1134 kiloqramdır. Avtomobilin dünyada bənzəri yoxdur, yeganədir.
2-ci nadir vasitə karton avtomobildir. Yenə bənzərsiz bir avtomobildən söhbət gedir. Yapon avtomobil istehsalçısı "Lexus" tərəfindən istehsal olunan avtomobil, tamamilə kartondan düzəldilib. Bu avtomobil "Lexus IS saloon" modelinin replikasıdır. "Oriqami" kağız qatlama sənətindən faydalanaraq düzəldilmiş maşın 1700 ədəd lazer kəsimli karton hissədən ibarətdir. Buna görəə də adı "Oriqami Car"dır. Bu karton hissələr bir-bir əl ilə yapışdırılıb. Elektrik motoru ilə təchiz edilmiş avtomobil, yağışlı havalar istisna olmaqla, istənilən vaxt rahatlıqla sürülə bilər.
3-cü qeyri-adi avtomobil Lego avtomobildir. Lego hamının uşaqlığının sevimli oyuncağıdır. Bu gün bütün hissələri legodan düzəldilmiş əsl avtomobil meydana çıxıb. Bu "oyuncaq avtomobil"in düzəldilməsində 500 000 hissə lego istifadə edilib. Bu avtomobilin motoru da legodan düzəldilib. 256 silindrə sahib olan motor hava gücü ilə işləyir. Maşın saatda 20 km sürətlə gedə bilir. Bu vasitə 21 yaşlı Rumıniyalı bir gənc tərəfindən 18 aya düzəldilib. Avtomobilin dəyəri isə 13 000 dollardır.
Bilirk ki, "Batmobile" Batmanın məşhur avtomobilidir. "The Dark Knight Rises" filmində istifadə olunan avtomobilin eynisi olan bu vasitə, amerikalı bir avtomobil ustası tərəfindən düzəldilib. Tamamən əl işi olan cihaz "corvette" motoru ilə təchiz olunub. Saatda 100 km sürətlə gedən avtomobil tamamilə rahat idarə edilir. Bu bənzərsiz model, filmdə istifadə olunan avtomobilin ilk və tək replikasıdır.
Və sonuncu "Suicide Squad" filmində Jokerin istifadə etdiyi avtomobilin eynisi olan "özün düzəlt" avtomobilidir. Vasitə amerikalı bir maşın ustası tərəfindən düzəldilib. Maşının möhtəşəm görüntüsü sizdə onun çox bahalı olması fikrini yarada bilər. Lakin, belə deyil. Bu vasitə, İnternetdə də rahatlıqla tapa biləcəyiniz "fiberglass" maddəsindən düzəldilsə də, xarici görünüşü ilə superavtomobillərədn heç də seçilmir. Belə bir avtomobili yaratmaqla istehsalçı demək istəyir ki, hər büdcəyə uyğun super avtomobil istehsal etmək mümkündür. Çünki fiberglass kifayət qədər ucuz materialdır. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
XƏBƏR LENTİ
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)





