Alimlər 47 il sonra Ay süxuru olan kapsulu açıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerika alimləri 47 ildən sonra Hyustondakı Lindon Conson adına Pilotlu Kosmik Uçuşlar Mərkəzinin laboratoriyasında Ay süxuru olan kapsulu açaraq onun tədqiqinə başlayıblar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) məlumat yayıb.
Qeyd olunub ki, bu süxur Ayın səthindən 1972-ci ildə "Apolon-17" proqramının iştirakçıları tərəfindən gətirilib. Bütün bu illər ərzində reqolit toxunulmaz olaraq qalıb və onun qatları qarışmayıb. NASA-nın alimi Sara Noubl bildirib ki, hazırda aparılan analizlər ötən əsrin 70-80-ci illərində mümkün olmayıb. Onun sözlərinə görə, süxurun tədqiqi alimlərin Yerin təbii peykinin geoloji strukturu haqqında məlumatlarını zənginləşdirəcək və 2024-cü ildə nəzərdə tutulan ekspedisiyaya hazırlıq işlərinə kömək edəcək.
NASA bu ilin yazında bəyan edib ki, Ay süxurunun tədqiqi məqsədilə Amerikanın 9 elmi mərkəzi seçilib. Onların arasında agentliyin və ABŞ HHQ-in strukturları, habelə ölkənin 4 nüfuzlu universiteti var. Ümumilikdə Aydan 1971-1972-ci illərdə hermetik qapalı konteynerlərdə gətirilmiş üç nümunə üzərində tədqiqat aparılacaq. Onların biri mənfi 20 dərəcə Selsi temperaturda, ikincisi vakuum şəraitində və azot olan otaqda, üçüncüsü isə helium kamerasında saxlanılıb. Dondurulmuş nümunənin tədqiqinə 6 aydan sonra başlanacaq, vakuum konteynerinin açılması isə bir il sonra həyata keçiriləcək.
1969-1972-ci illər ərzində ABŞ-ın altı Ay missiyası çərçivəsində Yerə 382 kiloqram süxur, qum və toz nümunələri gətirilib. Onlar Yerin təbii peykinin altı müxtəlif rayonlarından götürülüb. Bu nümunələrdən 75 faizi toxunulmamış qalır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Soyuducunu bu vasitə ilə təmizləməyin
-
Qız övladı atanın ömrünü uzadır
-
Balığın sümüyü boğazınızda qalsa, bu səhvi etməyin
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
KuPS - "Trabzonspor" matçında altı qol vuruldu
-
Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)





