Maraqlı

Peyğəmbərlərin açıq-aşkar əxlaqsız və iyrənc hərəkətləri - DƏHŞƏTLİ FAKTLAR - FOTO

3 Noyabr 2019 12:24
36 Şərh     Baxış: 24 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bibliya (İncil) - dünyada ən çox satılan kitabdır. Eyni zamanda o, insanlıq üçün etika, əxlaq, mənəviyyat dərsi, maraqlı əfsanələr toplusu və "yolgöstərən ulduz" kimi qəbul olunur.

Bununla belə, bu kitabda intim, qətl və zorakılıq hallarına daha çox rast gəlinir, nəinki bədnam "Taxtların oyunu"nda (Game of Thrones).

Qəribə və inanılmaz görünsə də, Bibliya personajlarının çoxu, hansı ki, hamı onları xeyir təcəssümü, mömin hesab edir, bəzən açıq-aşkar əxlaqsız və iyrənc hərəkətlər edirdilər.

Milli.Az geniş kütlə üçün maraq kəsb edəcək, günah burulğanında qıvrılan peyğəmbərlər və digər Bibliya personajlarından bəhs edən yazını təqdim edir:

1. Musa

Musa peyğəmbar daha çox bununla məşhurdur ki, öz zamanında israilliləri Misirdən çıxarıb, eyni zamanda kitabda Qırmızı dənizin ikiyə bölünməsi və Musa peyğəmbərin Allahdan "10 Hökm" alması haqqında danışılır. Amma israillilər 40 il səhrada məqsədsiz dolaşmayıblar: Onlar bu vaxtın böyük hissəsini başqa şəhərlərə müdaxilə ediblər.

Yazılır ki, Madianitlərə qarşı döyüşdə qələbə qazandıqdan sonra Musa peyğəmbər belə bir əmr verib: "Bütün kişiləri öldürün, eyni zamanda hər bir oğlan uşağı olan körpəni də öldürün, kişiləri müdafiə edən, onlardan ayrılmaq istəməyən qadınları da öldürün. Kişilərini təkzib edən qadın və qızları isə özünüzə götürün". Əslində, bu hökmün mənasını yozmaq olduqca çətindir, amma sadə dillə yanaşsaq, müasir düşüncəylə ölçsək, bu, sadəcə kütləvi zorakılıq anlamına gəlir, başqa heç nə.

2. Davud

Çar David İncildə ən mömin adam kimi qələmə verilir. Halbuki o, təkbaşına arvadının xahişi ilə 200 adamı axtalamış və qətlə yetirmişdi. Lakin, bəzi misallar göstərir ki, qəddarlıq və kütləvi qətliamlar, bir qayda olaraq, haqq və doğruluqla əl-ələ gedir. Məsələn, David öz ordusu ilə bir neçə qonşu dövlətlərin torpaqlarına soxulub, onları işğal edib.

Bibliyada bu zorakılıqlarla bağlı geniş məlumat verilmir, sadəcə cüzi səbəblər göstərilir ki, onun öldürdüyü insanlar dünyanın "köhnə sakinlər"i idilər və bu torpaqlar məhv edilməli idi. Yenə müasir düşüncəylə yanaşsaq, belə çıxır ki, çar sadəcə olaraq, bir neçə azsaylı xalqların kökünü kəsib. Yazılır ki, Davidin ordusu işğal etdiyi şəhərlərdə bütün kişi və qadınları öldürüb, sonra isə onların bütün mal-qaralarını öz torpağına aparır və şəhəri viran qoyur. David və Qoliafın mətnində vurğulanır ki, David qalib gəldiyi Qoliafın başını kəsir və özü ilə aparır.

Bəlkə, o vaxt bu hərəkətlər normal idi, Allah məhz belə hökm etmişdi, bəlkə bizim bilmədiyimiz yüzlərlə başqa səbəb var, ancaq faktlara səthi baxanda, yenə də müasir insanın ağlınagəlməz zorakılıqlarla üz-üzəyik.

3. Yelisey

Kitaba görə, Yelisey eramızdan əvvəl IX əsrdə yaşamış peyğəmbər hesab olunur. Onun müəllimi İliya haqq dünyasına qovuşandan sonra Allah ona əmr edir ki, Yeliseyi peyğəmbər olaraq elan etsin. İncildə Yeliseyin adı çoxlu möcüzələrdə keçir: məsələn, İerixon şəhərinə suyu qaytarıb, bir qadının oğlunu dirildib, amma Yeliseyin xidmət siyahısında həqiqətən də digər bir "möcüzə" var ki, məəttəl qalmamaq mümkün deyil.

O vaxt ki, peyğəmbər Vefil şəhərinə gedir, bu zaman onun qarşısına bir qrup uşaq çıxaraq keçəl başına gülürlər. Yeri gəlmişkən, bu yeganə səhnədir ki, İncildə Yeliseyin daz olması xatırlanır. Nəticədə peyğəmbər uşaqları ölüm lənətilə lənətləyir. Dərhal iki ayı gələrək uşaqları tikələrə parçalayır. Bir daha qeyd edirik, bunlar İncildəndir.

4. İail

Bəlkə də çoxları İail haqda hətta eşitməyib. Bibliyada iki general arasında döyüş təsvir edilir: İsrail ordusunun generalı Barak və Xanaan ordusunun lideri Sisara. Vuruşma zamanı tərəzilərin göstəricisi israillilərin tərəfinə əyilir və Sisara səhraya doğru qaçır. Bu zaman israillilər bütün xanaanlıları qətlə yetirirlər. Sisara səhrada Xeber Kenerit adlı müttəfiqinin çadırına rast gəlir.

Xeberin arvadı İail Sisaranı salamlayaraq onu çadırın içinə dəvət edir və deyir ki, o, artıq əmin-amanlıqdadır, qorxulu bir şey yoxdur. Öz nəvbəsində Barak hələ də səhrada Sisaranı tapmaq üçün onu təqib edirdi. İail ədyallar altında Sisaranı gizlədir, gözləyir ki, o, yuxuya getsin. Yuxuya getdikdən sonra isə başına çiv çalaraq qətlə yetirir ki, böyük sərkərdə Baraka hədiyyə etsin.

5. Samson

Samson elə bir insan idi ki, Allah ona qeyri-insani bir güc vermişdi. Səbəb "pis" fələstinliləri məhv etmək. Lakin "nəsə düz getmədi" və Samson daha çox insan öldürməyə başladı - önünə çıxan hər kəsi desək, yanılmarıq. Məsələn, o, 30 adamla mübahisə edir ki, heç kim onun tapmacasının cavabını bilməz. Mərcin əmsalı 30 ipək köynəkdən ibarət idi. Mərc edən 30 insan hiylə ilə Samsonun arvadından cavabı öyrənə bilirlər. Samson uduzur, amma borcu vermək məsələsində dərkedilməz və manyakcasına bir hərəkətə imza atır: 30 başqa insanı qətlə yetirir, onların paltarlarını çıxarır və opponentlərinə verir...

6. İliya

Öncə qeyd etdiyimiz kimi İliya öz varisi Yeliseydən əvvəl peyğəmbər idi. İliyanın peyğəmbər olduğu zamanlarda İsraildə bir dövr yaşandı ki, bir çox insanlar bütpərəstlik allahı Vaalaya ibadət etməyə başladılar. Təbii ki, İlya üçün bu, qəbuledilməz idi. O, Vaalanın 450 "peyğəmbərini" dəvət etdi ki, onların yanlış olduğunu sübut etsin. İliya onlara bir öküzü öldürərək, Vaalanın qurbangahına qoymağı tapşırır, sonra isə ona dua etmələrini istəyir ki, Vaala qurbanı qəbul edib mehrabı alovlandırsın.

"Peyğəmbərlər" bir neçə saat dua edirlər, təbii ki, heç bir nəticəsi olmur. Bundan sonra İlya özü, başqa bir öküzü öldürüb mehraba qoyur və öz Allahına dua etməyə başlayır. Dərhal ocaq alovlanır, tək olan Allaha inancsızlar onu qəbul edirlər... Lakin İlyaya bu az idi və o, Vaalın "peyğəmbərlərini" çayın qırağına apararaq, onların hamısını bir-bir soyuqqanlılıqla qətlə yetirir.

7. İeffay

İeffay Qalaada şəhərində anadan olmuş və zəngin bir insan idi. Amma onun anası yüngül əxlaqlı qadın olur, bu isə o deməkdir ki, İeffay qovulmağa məhkum idi. Onu qovurlar və mirasdan məhrum edirlər. Bir neçə il sonra israillilər ammonityanlara qarşı müharibəyə başlayır. Bilikli və qüvvətli İeffay onlara lazım olur. Onlar İeffayı tapıb, ondan Qalaadaya qayıtmağı və qoşuna rəhbərlik etməsini xahiş edirlər. Bu zaman çar Ammona israillilərə əmr edir ki, ona sadəcə rahat yaşaması üçün imkan versinlər. İsraillilərin cavabı isə sadə olur: "Allah necə desə, elə də edəcəyik".

Beləliklə, İeffay ordunun rəhbəri olur. Və o, savaş qabağı Tanrı ilə saziş bağlayır: əgər qalib gələrsə, onda evə qayıtdığı zaman qarşısına ilk çıxan şəxsi Allaha qurban edəcək. Nəticədə İeffay qələbə ilə evə dönür, ilk olaraq onun qabağına isə şən, balaca qızı qaçır. İeffay, Allahın mərhəmətini qoruyub saxlamaq üçün ona verdiyi vədi yerinə yetirir: öz yeganə qızını qurban kəsir.

8. İequ

Çar İoram amansız çevriliş nəticəsində devrildikdən sonra İsrailin yeni padşahı İequ olur. Taxt uğrunda döyüşdə İequ İoramın 70 nəfərdən ibarət ailə üzvünü qətlə yetirir və kəsilən başları şəhər darvazalarının arxasında topa ilə bir yerə atır. Sonra o, İoramın hələ sağ qalan anasının üstündən öz arabası ilə keçir. Lakin bu da hələ hamısı deyil. Peyğəmbər Yelisey yeni çarı qəbul edəndən sonra, o, daha amansız olaraq "təmizləmə siyasəti"ni davam etdirmək qərarına gəlir.

Onun Vaalaya sitayiş etməsi haqda gəzən şayiələrə son qoymaq üçün əmr edir ki, onun şərəfinə böyük qurbangah qurulsun. Vaalaya ibadət edən bütün qulluqçular bir yerə toplansın. Və Vaalanın ziyarətgahı sözün əsl mənasında qan çanağına dönür. İequ öz ordusuna əmr edir ki, onların hamısını qətlə yetirsinlər. Qeyd etdiyimiz kimi, bütün bu vəhşətlər müqəddəs kitabda yazılanlardır.

9. İisuz Navin

İisus Navin Musa peyğəmbərin varisidir, haqqında müqəddəs kimi Bibliyada və yüzlərlə başqa kitablarda söz açılır. Onun İerixon şəhərinin divarlarını boru səsi ilə dağıtması hadisəsi demək olar ki, hər kəsə məlumdur. Amma əsl soyqırımı haqda danışmağı nəsə sevmirlər. Divarlar çökəndən sonra Navinin ordusu şəhərə daxil olaraq, qarşısına çıxan hər kəsin başını kəsir: kişi, qadın, uşaqlar, fərq etmir. Üstəlik, bu, yeganə hal deyil, Navinin ordusu bütün İsrailin üzərindən od və qılıncla keçir - Laxis, Eqlon, Libna, Xevron və Debir şəhərləri yerlə yeksan, bütün canlılar isə tamamilə məhv edilir.

Zaur Həsənəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.