Maraqlı

Modul kompüterlər konsepsiyası nümayiş olunub

10 Oktyabr 2019 08:51
0 Şərh     Baxış: 388

"Intel" şirkəti Londonda keçirilən təqdimatda modul kompüterlər konsepsiyasını və belə fərdi kompüterlər üçün hazır modul variantını nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət tərəfindən bütün fərdi kompüter komponentlərinin kiçik bloklara yerləşdirilməsi təklif edilir. Plana görə, bu, fərdi kompüterin yenilənməsini asanlaşdıracaq - istifadəçi mövcud modulu çıxararaq onu daha yaxşı texniki xüsusiyyətlərə malik yenisi ilə əvəzləyə biləcək.

Bundan başqa, təqdimatda xarici görünüşünə görə ikiçıxışlı videokartı xatırladan "Element" blokunun prototipi nümayiş olunub. Onun tərkibinə "Xeon" prosessoru, "DDR4" operativ yaddaşı üçün iki slot və bərkcisimli toplayıcılar üçün iki M.2 çıxışı daxildir.

Modul 225 vatlıq enerjidən istifadə üçün nəzərdə tutulan 8 kontaktlı enerji doldurma çıxışı, iki "Thunderbolt 3" portu, tamölçülü "HDMI" çıxışı, 3,5 millimetrlik audioçıxış birləşdiricisi, dörd "USB Type-A" (USB 3.2) portu və iki "RJ-45" şəbəkə çıxışları ilə təchiz edilib.

Bildirilir ki, kommersiya həllərinin təqdimatı 2020-ci ilin birinci rübünə planlaşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.