Maraqlı

Xiaomi Mi9 Pro 5G'nin qiyməti məlum oldu

26 Sentyabr 2019 23:15
0 Şərh     Baxış: 1 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təqdimatdan bir gün öncə Xiaomi şirkətinin yeni flaqman smartfonu olan Mi9 Pro 5G haqqında demək olar hər şey məlumdur. Lakin indiyənə kimi smartfonun qiyməti hələ də naməlum qalırdı. İndi isə bu məlumat da ortaya çıxıb.

Milli.Az techland.az-a istinadən bildirir ki, məşhur hindistanlı insayder Mukul Sharma-nın sözlərinə əsasən 8 GB RAM və 128 GB daxili yaddaş həcminə sahib model 505$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 560$-a satılacaq.

    Son məlumat sızıntısına əsasən Mi9 Pro 5G smartfonu Snapdragon 855 Plus prosessoru və 40 vatt gücündə sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun batareyası həmçinin 30 vatt gücündə naqilsiz sürətli şarj texnologiyasını və 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını da dəstəkləyəcək. Mi9 Pro 5G sabah Mi Mix Alpha ilə birlikdə təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.