And içməyin qayda-qanunları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
And içmək və and vermək gizli olan şeyi aşkara çıxartmaq üçün lazım olan yollardandır. İslam dinində and içməyin yeri xüsusidir və lazım olan zaman şəxs Allahın əzəmətli kitabı Qurana əl basar və and içər, etdiklərini etiraf edər. And içməyin və and verməyin özünəməxsus qanun və qaydaları vardır.
İmam Əli (ə) bizə and içməyin yollarını öyrədərək, buyurmuşdur: "Nə zaman zalıma and içdirmək istəsəniz, bu cür and verin ki, Allahın hövl və qüvvəsindəndir. (Əgər filan işi görmüşdürsə). Çünki əgər bu andı yalan olsa, tez bir zamanda cəzalandırılar. (Ya dərdə düçar olar, ya da ölər). Ancaq nə zaman belə bir and içsə ki, Allahdan başqa İlah yoxdur (Bu işi görməmişəm), cəzasında təcil olmaz. Çünki Allahı yeganəliyi ilə sitayiş etmişdir".
İmamın (ə) bu nurani kəlamından belə nəticə çıxartmaq olar ki, and içməyin müxtəlif yolları vardır. O yerdə ki, Allah mədh edilir, cəza təcil olmaz. Ancaq onun əksi olan andlar ki, orada şiddət vardır, cəzanı tezləşdirər.
Nəql edilir ki, bir nəfər Abbasi xəlifəsi Mənsurun yanında İmam Sadiqdən (ə) pis danışır. Mənsur Həzrətun (ə) dalınca adam göndərir. O zaman ki, İmam (ə) gəlir, o, Həzrətə (ə) deyir: "Filankəs sizin haqqınızda belə deyir". İmam (ə) ona bəraətə görə and verir, yəni "Lə hövlə və la qüvvətə illa Billah". O, da bu andı təkrar edir və dedikləri hələ sona çatmamış, iflic olur. Bir ət parçası kimi yerə düşür. Ayaqlarından tutub məclisdən çıxardırlar. İmam (ə) da bu fitnədən xilas olur".
Başqa yerdə oxuyuruq ki, Mənsur Dəvənaqi İmam Sadiqə (ə) deyir: "Sizin tərəfdaşlarınızdan biri ki, adı Məala ibni Xənisdir, insanları qiyama çağırır və bunun üçün mal toplayır". İmam (ə) buyurur: "Allaha and olsun ki, belə bir şey olmamışdır". Mənsur deyir: "Mənə bu xəbəri verəni sizin yanınıza gətirəcəyəm". Həmin kişi gəlir və İmam (ə) üzünü həmin şəxsə çevirib buyurur: "And içərsən?". Deyir: "Bəli". :
"وَاللهِ الَّذى لا إلهَ إلّا هُوَ عالِمُ الْغَیْبِ وَالشَّهادَةِ الرَّحْمانِ الرَّحیمِ İmam (ə) buyurur: Sən Allahı Cəlal adı ilə sitayiş edirsən və O, bu səbəbə görə səni cəzalandırmaz. Mən dediyim kimi and iç:
بَرِئْتُ مِنْ حَوْلِ اللَّهِ وَقُوَّتِهِ وَأَلْجَأْتُ إِلَى حَوْلِی وَقُوَّتِی
Həmin kişi də bu cür and içir və sözü qurtarmamış yerə düşüb ölür. Mənsur deyir: "Bundan sonra sənin barəndə heç bir sözgətirəni qəbul etməyəcəyəm".
Bunu qeyd etmək lazımdır ki, insan hər nə gəldi and içməməlidir. Quran buyurur: "Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin". ("Bəqərə" 224).
Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Əgər zərurət olmazsa, nə düzgünə və nə də yanlışa görə Allaha and içmə. Allahı öz andına hədəf etmə. Çünki Allah o kəsə ki, Onun adına yalandan and içər, rəhm etməz, onu qorumaz".
Həvarilər Həzrət İsaya (ə) deyirlər: "Bizə nəsihət ver". O, deyir: Musa (ə) öz qəbiləsinə deyir: "Allaha yalandan and içməyin. Mən də sizə əmr edirəm ki, nə düzgün və nə də yanlışa görə Allaha and içməyin".
İmam Sadiq (ə) buyurur: "Düzgün və ya yanlış Allaha and içməyin. Çünki Allah Təala buyurur: "Allahı andlarınıza hədəf etməyin"".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü





