Maraqlı

İtaliyada adına heykəl ucaldılan türk əsgəri - İtalyanlar hər il onun şərəfinə şənliklər keçirirlər - FOTO

14 Sentyabr 2019 16:35
1 Şərh     Baxış: 852

Osmanlı ordusunda saysız yeniçərilərdən biri olan Balaban Həsən adlı əsgər İtaliyada indi də hömətlə anılır.

Hər il İtaliyanın Moeno qəsəbəsində onun şərəfinə şənliklər təşkil olunur. Hətta bu qəsəbənin yerli əhalisi özlərini Balaban Həsən adlı şəxsin soyundan gəldiklərini iddia edirlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, adını tarixə yazdırmış bu şəxslə bağlı bir sıra məlumatı sizlərə təqdim edir.

Balaban Həsən yaşıdlarından çox daha böyük və qüvvətli olduğu üçün ona yırtıcı quş olan "Balaban" ləqəbini vermişdilər.

Digər yeniçərilərdən ən böyük fərqi isə bir çox Avropa xalqlarının dillərində rahatlıqla danışması olub. Bu səbəblə Balaban Həsən Osmanlı ordusunda kəşfiyyatçı kimi fəaliyyət göstərirdi. Rahatlıqla Vyana, Berlin, Roma kimi şəhərlərə girib-çıxır, ölkədəki vəziyyət haqqında Osmanlıya məlumat çatdırırdı.

Balaban Həsən Vyanaya son səfəri zamanı ölkənin gücsüz olduğunu və artıq Osmanlının indi oraya hücum edəcəyi təqdirdə şəhəri işğal edə biləcəyini çatdırmaq üçün İstanbula gəlir. Topladığı məlumatı həmin dövrdə Osmanlı dövlətinin sədrəzəmi Qara Mustafa paşaya çatdırmaq istəyir.

Vyana Sultan Süleymanın dövründən bu yana güclü müdafiə olunduğu üçün heç bir şəkildə işğal oluna bilmirdi. Belə ki, Balaban Həsən məlumatları Qara Mustafa paşaya çatdırsa da, Mustafa paşa hələ Vyananın işğalı ilə bağlı sultana heç bir məlumat vermədiyini açıqlayır. Balaban Həsən bunun bir fürsət olduğunu, yeniçərilərin də uzun müddətdir böyük qələbəyə həsrət qaldığını bildirir.

Lakin Qara Mustafa bir yeniçərinin onunla bu şəkildə danışmasına qəzəblənərək boynunun vurulmasını əmr etdirir. Bu söhbəti kənardan eşidən yeniçərilər Balaban Həsəninin saraydan qaçmasına şərait yaradırlar.

İstanbulda fərari kimi yaşamağa məcbur olan Balaban Həsən daha sonra Avropa ilə sərhəddə gedərək Osmanlı ordusunda gizli şəkildə fəaliyyətini davam etdirir.

Ən sonunda Balaban Həsənin həsrətlə gözlədiyi gün gəlir və Osmanlı Vyananı mühasirəyə alır. Balaban Həsən də bu döyüşə qatılır. Lakin döyüşdə ağır yaralanır, atına minərək oradan uzaqlaşır.

Sonda taleyi onu İtaliyanın Moeno qəsəbəsinə gətirib çıxarar. Yerli əhali yaralı əsgərə kömək əli uzadır və onu sağaldırlar. İtaliyanca bilməsi də Balaban Həsənin köməyinə gəlir. Sonunda Balaban Həsən burada evlənir, hətta əhali ona "El Turco" adını da veririlər.

Hər şey yolunda gedərkən, bir gün kəndə alman dərəbəylərinin əsgərləri gəlib əhalidən ağır vergi alırlar. Bunu görən Balaban Həsən insanların bu rahatlıqla vergini verməsini anlaya bilmir. Onları başına toplayıb alman əsgərləri ilə necə mübarizə aparmaları lazım olduğunu öyrədir.

Növbəti dəfə qəsəbəyə vergi toplamaq üçün gələn alman əsgərləri Balaban Həsənin başçılıq etdiyi silahlanmış əhalini görüb geri çəkilirlər.

Moeno qəsəbəsinə bolluq və barış gətirən bu Osmanlı əsgəri ölənədək qəsəbədə rahat bir həyat yaşayır. Balaban Həsən bu qəsəbənin tarixində o qədər önəmli yer tutur ki, buraya sonralar "La Turqie" adını veriblər.

Qəsəbinin mərkəzi Balaban Həsənin heykəlləri və türk bayraqları ilə bəzədilib. Bütün bu hadisələrədən 336 il keçməsinə baxmayaraq əhali Balaban Həsənin soyundan gəldiyini söyləyirlər.

Hər il avqust ayında bu qəsəbədə türk yeməkləri bişirilir, gənclər bığ saxlayır, əhali türklərə məxsus geyimlər geyinir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elxan · 14 Sentyabr 18:1702

    İtalyanlar nə əcəb Balaban Həsənə 60 gün matəm saxlamırlar?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.