Audi RS6 Avant 600 at qüvvəli mühərrikə sahib olub - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Audi şirkəti Şimali Amerikada satılacaq "bərkgedən" RS6 Avant universalını təqdim edib. Universalın avropa bazarı üçün nəzərdə tutulmuş versiyası gələn ay Frankfurtda keçiriləcək avtosalonda nümayiş etdiriləcəkdir. "Bərkgedən" universal diler salonlarında ilin sonunda peyda olacaqdır.
Zahiri cəhətdən yeni Audi RS6 Avant digər A6 modellərindən aqressiv kuzov dəsti və A7 Sportback modelinin üslubunda tərtibata malik olan ön fənərləri ilə seçilir. Audi RS6 Avant modelinin yeni nəsli 40 mm artırılmnış təkər izinə, genişləndirilmiş təkər tağlarına, özünəməxsus iri hava girişləri olan ön bamperə, yeni arxa bamperə və gümüşü rəngli güzgü gövdələrinə sahibdir. Yeni aerodinamik kuzov elementləri sayəsində RS6 universalı adi A6 Avant modelindən 80 mm enlidir.
Avtomobilin salonunda idman oturacaqlarını, cihazlar panelinin RS-tərtibatını, "kəsilmiş" sükan çarxını və xüsusi dekoru görmək olar.
Audi RS6 Avant modeli əvvəlki kimi 4,0-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlir. Təkmilləşdirilmiş mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Bu əvvəlki modeldə olduğundan 40 at qüvvəsi və 100 Nm çoxdur. Yeni mühərrik 48-voltluq startyor-generator, səkkjz pilləli "avtomat" və quattro tam ötürməsi ilə tandemdə çalışır.
Yeni Audi RS6 Avant modeli 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir. Xatırladaq ki, əvvəlki RS6 Avant bu işə 3,9 saniyə sərf edirdi. "Bərkgedən" universalın maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Əlavə ödənişlə, bu həddi 280 və ya 305 km/saata qədər çəkmək olar.
Universalın hərəkət rejimləri komfort, avtomatik, dinamik, qənaətcil və iki tənzimlənən RS1 və RS2 rejimlərindən ibarətdir. Sürücü pedalın, sükan idarəetməsinin, asqının həssaslığını və buraxılış sisteminin səsini öz zövqünə uyğun tənzimləyə bilər.
Yeni nəsil Audi RS6 Avant modelinin standart təchizatına 22-düymlük təkər diskləri, qırmızı supportları olan karbon-saxsı əyləc mexanizmləri, aktiv arxa differensial, tam idarələnən şassi və idman xarakteristikalarına malik olan pnevmoasqı daxildir. Sonuncu sistem yüksək olmayan sürətlərdə kuzovu 20 mm yuxarı qaldırır, 120 km/saat həddinin üzərindəki sürətlərdə isə, klirens avtomatik olaraq 10 mm azaldılır. Əlavə ödənişlə, elektronika ilə idərələnən Dynamic Ride Control amortizatorlarını və dartma vektoruna nəzarəti həyata keçirən quattro sport differensialını sifariş etmək olar.
Artıq qeyd etdiyimiz kimi, Audi RS6 Avant modeli Frankfurtda keçiriləcək avtosalonda debüt edəcəkdir. RS6 modelinin satışlarına avtosalon bitdikdən sonra başlanacaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
XƏBƏR LENTİ
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri





