Redmi Note 8'in dizaynı və təqdimat tarixi ortaya çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Redmi brendi Note 8 smartfon modelinin dizaynı, təqdimat və satış tarixləri barəsində olmuş məlumat sızıntılarına son qoydu. Belə ki, internetdə sözügedən smartfonun ilk rəsmi təqdimat tizeri fotoları ortaya çıxdı. Sözügedən fotolar smartfonun dizayn özəlliklərindən əlavə olaraq Note 8 Pro modelinin vacib özəlliyini də sərgilədi. Bu barədə Mydrivers.com saytı xəbər verib. Beləliklə Redmi Note 8 Pro 64 MP-lik kamera moduluna sahib olacaq ilk smartfon olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, təqdim olunmuş tizer fotosunda əks olunmuş smartfonun arxa panelində üç kamera modulunu görmək olar. Onlardan biri isə 64 MP-likdir. Məlumata əsasən 1/1.7 düym ölçüdə olan kamera sensoru smartfon üçün rekord olan 9248x6936 piksel keyfiyyətli fotoları çəkə bilir. Bununla yanaşı 4 pikselin tam 1 pikselə çevrilməsi sayəsində isə smartfon hətta yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotoların əldə edilməsinə şərait yaradır.

Redmi Note 8-in adi versiyası 48 MP-lik kamera modulu ilə təchiz olunacaq. Fotolardan da görmək olar ki. hər iki smartfon modelinin arxa panelində barmaq izi skanı texnologiyası mövcuddur və həmin texnologiya kamera modulları ilə bir sırada yerləşdirilib. Smartfonların texniki göstəriciləri barəsində hələ məlumat verilməyib. Lakin son məlumat sızıntılarına əsasən smartfonlar Cortex-A76 nüvələrinə sahib MediaTek Helio G90 və ya G90Tprosessorları və Mali-G76 qrafik sürətləndirici ilə təchiz olunacaqlar. Smartfonların təqdimatları 29 avqust tarixində Çində baş tutacaq. Çində və digər bazarlarda smartfonların oktyabr ayında satışa çıxacaqları gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı





