Maraqlı

Min ildir bu adaya heç kim girə bilmir - FOTO

17 İyul 2019 23:54
6 Şərh     Baxış: 5 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Sentinel adasının sakinləri artıq min ildir ki, ətraf aləmdən təcrid olunublar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar adaya gəlmək istəyən hər kəsi oxlarla qarşılayırlar və daş dövründəki kimi yaşayırlar.

Bu yolla onlar öz mədəniyyətlərini qoruduqlarını düşünürlər.

19-cu əsrdə qayalıqlarda bir neçə dəfə gəmilər toqquşaraq qəza törədib. Bu zaman heyət sahilə çıxmaq istəsə də, yerli sakinlər onları oxlarla qovublar.

1897-ci ildə buraya qaçaq məhbus arxasınca gələn polislər onu boğazı kəsilmiş halda meşədə tapıb və dərhal da hadisə yerindən qaçaraq uzaqlaşıblar.

1981-ci ildə sahil yaxınlığında "Primrouz" gəmisi görünüb. Yerli sakinlər dərhal onlara oxlarla hücum ediblər. Xoşbəxtlikdən gəmi uzaqda olduğu üçün heç kim xəsarət almayıb. Heyət helikopterlə təxliyə olunub, "Primrouz" isə hələ də atılmış vəziyyətdə orada qalır.

Bir neçə dəfə alimlər onlarla münasibət qurmağa çalışsa da, bu cəhd uğursuz alınıb.

1991-ci ildə hind alimlərindən biri yenidən eyni cəhdi təkrarlayıb. O, bunun üçün ada sakinlərinə qırmızı plasmas vedrələr hədiyyə gətirib. Bir neçə il ərzində yerli sakinlər alimlər tərəfindən sahilə buraxılmış vedrələri götürüblər, lakin onlarla ünsiyyət qurmaqdan imtina ediblər. Ada sakinlərinin danışığından alimlər onların ən qədim zamanlardan təcrid olunmuş vəziyyətdə yaşadıqları qənaətinə gəliblər. Belə ki, onların danışıq dili heç bir dilə bənzəmir.

Onlar hətta 2006-cı ildə pis hava şəraiti ilə əlaqədar qayığı sahilə yan alan iki balıqçını da öldürüblər.

Sözügedən ada rəsmi olaraq Hindistanın tabeliyindədir. Lakin yerli hökumət ada sakinlərinin həyatına müdaxilə etməyəcəyini  bəyan edib. Onlar hətta turistlərə həmin sahilə getməyə icazə vermirlər. Bunun da iki səbəbi var - birincisi bu, turistlər üçün təhlükəlidir, ikincisi isə ada sakinlərinin xəstəliklərə qarşı heç bir immuniteti yoxdur.

Qeyd edək ki, Şimali Sentinel adası 72 kv. metr ərazini əhatə edir və 400 sakini var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.