Maraqlı

Xiaomi Mi A3 ilə Mi A3 Lite barəsində məlumatlar verildi

18 İyun 2019 07:21
0 Şərh     Baxış: 1 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xiaomi Mi Band 4 smart qolbağı barəsində verdiyi düzgün məlumatlarla məşhurlaşmış hindistanlı insayder Mukul Sharma öz Twitter hesabında Xiaomi Mi A3 smartfon modeli barəsində məlumatları təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Sözügedən smartfonun texniki özəlliklərindən əlavə olaraq insayder həmçinin onun təqdimat vaxtını da elan edib. Beləliklə insayderin verdiyi məlumata əsasən Xiaomi Mi A3 modeli M1906F9SC model nömrəsinə sahibdir və Snapdragon 712 platforması əsasında qurulub.

Milli.Az technote.az-a istinadən bildirir ki, smartfon həmçinin 32 MP-lik ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəli ekran, əsas kamera modulu 48 MP (Sony IMX582) olacaq üçlü arxa kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon həmçinin 6 GB RAM-a da sahib olacaq.

Şirkət adi Mi A3-dən əlavə olaraq həmçinin onun sadələşdirilmiş versiyası Mi A3 Lite modelini də təqdim edəcək. İnsayderin verdiyi məlumata əsasən Lite versiya Snapdragon 710 prosessoru ilə təchiz olunacaq. Hər iki smartfon modeli gözləntilərə əsasən MIUI interfeysinə sahib olmayan təmiz Android əməliyyat sistemi vasitəsilə çalışacaq. İnsayderin verdiyi məlumata əsasən sözügedən smartfonlar gələn ay təqdim olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.