Maraqlı

"Volvo" 6 mindən çox avtomobili geri çağırır

15 May 2019 01:30
1 Şərh     Baxış: 1 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin məşhur avtomobil istehsalçısı "Volvo" Çin bazarında satdığı 6223 avtomobili təhlükəsizlik məsələləri ilə əlaqədar geri çağırır.

Milli.Az bildirir ki, AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2016-cı illərdə istehsal olunmuş "XC90" modeli nəqliyyat vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edir ki, soyutma sistemindəki nasazlıq mühərrikin alışıb yanmasına səbəb ola bilər.

İyunda başlayacaq prosesdə "Volvo" qüsurlu hissələri öz hesabına dəyişəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.