Maraqlı

Lotu Quli milyarder çıxdı: ən varlı azərbaycanlı "lotu"lar - REYTİNQ

23 Aprel 2019 10:34
5 Şərh     Baxış: 14 018

Rusiyanın Daxili İşlər Nazirliyi (Dİ) ən aktiv "qanuni oğru"ların siyahısını açıqlayıb.

Milli.Az bildirir ki, siyahıda 432 nəfərin adı var.

Onların 318 nəfəri azadlıqdadır. 114 "qanuni oğru" həbsdə, 31 nəfər - istintaqda, 19 nəfər axtarışdadır.

"Qanuni oğru"ların sayına görə Rusiyada "lider" mövqeni gürcülər tuturlar. Belə ki, 242 gürcü "qanuni oğru" var. İkinxi yerdə 41 "oğru" ilə ruslar, 3-cü yerdə 30 nəfərlə ermənilər, 4-cü yerdə 26 nəfərlə yezidi kürdlər, 5-ci yerdə 16 "oğru" ilə azərbaycanlılardır.

Rusiyadakı məşhur "qanuni oğru"lar arasında 10 abxaz, 8 çeçen, 7 yəhudi var.

Rusiya ilə yanaşı, Ukraynanın DİN-i ən nüfuzlu və təhlükəli "qanuni oğru" qismində "Quli" ləqəbli Nadir Səlifovu görürlər.

Məşhur azərbaycanlı "lotular" arasında lider "Lotu Quli" ləqəbli Nadir Səlifovdur.

Siyahıda onun qardaşı, "Namiq Bakinski" ləqəbli Namiq Səlifov da var.

Hacıbaba Talıbxanlı ("Hacı Beylaqanski"), Yunis Nəzərov ("Yunis Bakinski"), Arif Mehdiyev ("Arif Sumqayitski"), Vaqif Süleymanov ("Vaqif Diplomat"), İlqar Əliyev, Cavid Məmmədov ("Dato Aqdjabedinski"), Taleh Dağlıyev ("Tolik Noqinski"), Emin Əhmədov ("Emin Qadjibaqulski"),  Rüfət Əmirov ("Rafet Alibayramlinski"), Rəşad İsmayılov ("Raşad Qyandjinski"), Əli Heydərov ("Albert Rıjiy"), Yusif Əliyev ("Yusif Şamxorski"), Zaur Şipilov ("Zaur Naxçıvanski") və Ülfət Tağıyevin ("Rufat Qyandjinski") də adları yer alıb.

Onlardan İlqar Əliyev, Tale Dağlıyev, Emin Əhmədov, Zaur Şipilov, Əli Heydərov, Ülfət Tağıyev Rusiyada həbsdədir. Yunis Nəzərov Özbəkistanda yaşayır. "Lotu Quli" və Rüfət Əmirov Rusiyanın müraciəti ilə İnterpol axtarışında olsalar da, Türkiyədə yaşayırlar. Cavid Məmmədhov uzun müddətdən bəri Ukraynada yaşayır.

Azərbaycanlı "lotu"ların əksəriyyətinin Rusiya vətəndaşlığı var.

Onların arasında ən zənginlər Nadir Səlifov, Yusif Əliyev, Vaqif Süleymanov, Əli Heylərov və Rəşad İsmayılovdur. Bu "qanuni oğrular" dollar milyarderləridir.

Arif Mehdiyev və Yunis Nəzərovun isə mal-mülkü və varidatı yoxdur.

"Lotu Quli"nin gəlir mənbəyi Rusiyadakı ticarət obyektlərindən alınan xərac və zəngin iş adamlarını girov götürərək pul müqabilində azad etməkdir.

Məsələn, o, Ukraynada qaçırılmış hər iş adamına görə orta hesabla 5 milyon dollar məbləğində pul alır. Özü də dollarla yox, bitkoynla.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Ağabala Caykovskiy · 23 Aprel 10:36622

    Bu dövrdə yaxşı yaşamaq üçün ya kişi lotu olmalısan,ya da arvadın lotusu.

    Cavab yaz
    • Anonim
      cavab · 23 Aprel 14:15150

      Ikisi də Cəhənnəmlikdirlər. İnsan olmaq lazımdır, özü də halal və əxlaqlı. Yaxşı yaşamaq üçün qopartdıqları o haram pullar var ha, elə çıxacaq ki canlarından, ya bu dünyada, ya o biri dünyada mütləq!

      Cavab yaz
  • Anonim
    Qwerty · 23 Aprel 20:0690

    Way way way neterrr “kishiler” var eeeeee)))))) QACAQ NEBI, KOROGLU hayif bu kishileri gormediz eeee

    Cavab yaz
    • Anonim
      Weird · 24 Aprel 09:2030

      Mubariz Ibrahimov... ALlah rehmet elesin!

      Cavab yaz
  • Anonim
    Qaqa · 24 Aprel 09:5410

    bele adamlarin 1 ayagi gebirdedi. O pullarida qorxa qorxa xercleyenden sora neynirem men bele yasayisi. bular silahi tutan eldi, esas olan silahi verendi ... bax heyat onundu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.