Maraqlı

Tuba ağacı nə vaxt Əhli-Beyti sevənlərin sayı qədər yarpaq cücərtdi?

20 Aprel 2019 22:10
0 Şərh     Baxış: 584

Bilal Həzrət Peyğəmbər (s) barədə nəql edir: "Bir gün Həzrət (s) təbəssüm edərək bizim yanımıza gəldi. Mübarək üzü parlayan Ay kimi nur saçırdı. Əbdürrəhman yerindən qalxdı və dedi: "Ya Rəsulallah! Bu nə nurdur ki, üzünüzdə parlayır?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurdu: Allah Təala tərəfindən qardaşım və əmim oğlu Əli (ə) haqqında olan müjdəyə görədir. Allah Fatiməni (s.ə) və Əli ibn Əbitalibi (ə) bir-biri ilə nikahlamış və əmr etmişdir ki, behiştin xəzinəsi olan Tuba ağacı hərəkətə gəlsin. Ona görə də Tuba ağacı mənim Əhli-Beytimi (ə) sevənlərinin sayı qədər yarpaq cücərtmişdir.

Sonra o ağacın yanında mələklər xəlq etmişdir ki, hər birini bu budaqlardan birinə təhvil vermişdir.

O zaman ki, Qiyamət günü olar məxluqlar həşr olar, dirilərlər olarlar. O cəmin içində səs eşidilər. Mələklər hər bir Əhli-Beyti (ə) sevənlərə o budaqdan bir yarpaq verərlər. Onların bu yarpağı - cəhənnəmdən azadlıqdır. Behiştə daxil olarlar".

Ondan sonra Həzrət (s) buyurur: "Əli (ə) və həyat yoldaşı Fatimə (s.ə) mənim ümmətimin qadın və kişilərinə cəhənnəm atəşindən nicat verib, behiştə daxil edəcəkdir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.