Maraqlı

"Üstümüzdən əksik olmasın". Ərəb aparıcı şahzadənin ayaqqabısını öpdü - VİDEO

22 Mart 2019 21:00
5 Şərh     Baxış: 2 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) televiziyalardan birinin aparıcısı Tarik Miyhas skandal hərəkətə imza atıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, o, canlı yayımda Əbu Dabinin vəliəhdi, şahzadə Məhəmməd bin Zayid əl Nahyana məxsus ayaqqabını (O, belə fərz edib) öpüb.

"Bunun şahzadə Ali-Həzrətləri Şeyx Məhəmməd bin Zayidə məxsus olduğunu təsəvvür edirəm. BƏƏ vətəndaşı olaraq nə edəcəyimi bilirsinizmi? (Ayaqqabını öpür) Allah onu qorusun və başımızın üstündən əksik etməsin", - deyə Miyhas bildirib.

Aparıcının bu hərəkəti ictimaiyyətdə birmənalı qarşlanmayıb. Onun bu hərəkətinin BƏƏ vətəndaşlarını təhqir etməsi kimi şərh edilib. 

Videonu izləmək üçün şəklə klikləyin:
Canlı yayımda şahzadənin ayaqqabısını öpdü

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.