"Bismillahir-Rəhmanir-Rəhim" ayəsinin qısaldılmış formasına çox zaman "bəsmələ" də deyilir. Bu ayənin mənası, təfsiri, üstünlükləri barədə məlumatlar çoxdur. Hətta İmam Əli ibn Əbu Talib "bəsmələ" ayəsinin əvvəlindəki "be" hərfinin mənasını Abdullah ibn Abbas üçün gecədən sübh açılana kimi təfsir etmişdi (Reyşəhri - "Mövsuətül-İmam Əli ibn Əbi Talib", X, 55). Həzrət Əli buyurmuşdur: "Əgər istəsəm, "bismillah"ın əvvəlindəki "be" hərfinin mənalarını 70 dəvə yükü qədər incələyərəm" (Qunduzi Hənəfi - "Yənabiül-məvəddə", I, 205; III, 209).
Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-kərimin bütün surələrinin əvvəlində (yalnız "Tövbə" surəsindən başqa) "Bismillahir-Rəhmanir-Rəhim" ayəsi vardır. Qurandan əvvəl göndərilmiş bütün səmavi kitablar da bu ayə ilə (yaxud buna uyğun məna daşıyan cümlə ilə) açılırmış.
Quran ayələrində bildirilir ki, keçmiş peyğəmbərlər də hər bir mühüm işə "bismillah"la başlayırdılar. Məsələn, Həzrət Nuh Peyğəmbər öz tərəfdarlarına tapşırmışdı ki, tufandan qabaq gəmiyə minərkən Allahın adını çəksinlər ("Hud", 41). Həzrət Süleyman Peyğəmbər Səba məlikəsi Bilqeysə məktubunu "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi ilə başlamışdı ("Nəml", 30).
Hər kim işini "bismillah"la başlasa, o iş bərəkətli və xeyirli olar (İmam Həsən Əsgərinin "Fatihə" surəsinə təfsirindən). Yemək yeyərkən, səfərə çıxarkən, evlənərkən və övlad sahibi olmağa hazırlaşarkən, məscidə və evə daxil olarkən "bəsmələ" demək çox təkid edilmişdir. Bu cümlə Allahla bəndə arasındakı əlaqənin açarıdır. "Bəsmələ" ayəsi Allahın diqqət və rəğbətini bəndənin oxuduğu duaya və etdiyi əmələ doğru yönəldir. Qurban kəsilən zaman "bismillah" demək isə ətin halal olması üçün vacib şərtdir (bax: "Ənam", 121).
Həzrət Mühəmməd Peyğəmbər (s) belə buyurmuşdur: "Bəndə "Bismillahir-Rəhmanir-Rəhim" deyəndə, Allah-təala buyurar: "Bəndəm öz işini mənim adımla başladı. Demək, mən də onun işini bərəkətlə başa çatdırmalı və mübarək etməliyəm". Başqa bir hədisdə oxuyuruq: "Hər kəs bir işə başlasa, qəm-qüssə və çətinliklə üzləşsə, xalis niyyətlə özünü Allaha təslim edib, "Bsmillahir-Rəhmanir-Rəhim" desin. Bununla o, iki faydadan birini qazanar: ya bu dünyadakı ehtiyacı ödənmiş olar, ya da axirətdə Allahın hüzurundakı nemətlərə sahib çıxar. Əlbəttə, axirətdə Allahın hüzurunda olan nemətlər mömin üçün daha yaxşı və qalarıdır". "Bismillah"sız başlanan hər iş naqis və yarımçıqdır (Həzrət Mühəmməd Peyğəmbər (s)).
"Bəsmələ" o qədər fəzilətli ayədir ki, onu gözəl xətlə yazmağın da savabı var. Həzrət Əli buyurub: "Hər kim "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini gözəl xətlə yazsa, cənnətə gedər". (Əlbəttə, bu kimi rəvayətlər digər vacib ibadətlərini yerinə yetirən şəxslərin cənnət savabı qazanmasına işarədir, bircə sözlə günahkarın da dərhal cənnətə getməsi demək deyil)
Bir gün Hz. Əlinin dostlarından biri onun yanına gəlir və Əlinin ona təklif etdiyi kürsüyə əyləşmək istəyərkən kürsü aşır və o yıxılıb başını bir qədər əzir. Əli bunun üstünə: "Həmd olsun o Allaha ki, bizim dostların günahlarının cəzasını bu dünyada verib, o biri dünyaya saxlamır". Dostu: "Ya Əli, mən indi nə günah etdim ki, bu cəzanı qazandım?" soruşduqda, Əli: "Əyləşərkən "bismillah" demədin" deyə cavab verir.
Surələrin əvvəlindəki "Bismillahir-Rəhmanir-Rəhim" ayələrinin Qurana aid olub-olmaması zəminində alimlər arasında fikir ayrılığı vardır. Bəziləri "bəsmələ" ayələrini Quranın tərkib hissəsi hesab etməmiş və yalnız surələri bir-birindən ayırmaq üçün vasitə saymışlar. Lakin əksəriyyət tərəfindən qəbul edilmiş fikir budur ki, "Bismillahir-Rəhmanir-Rəhim" bütün sulərərin ("Tövbə" surəsini çıxmaqla) birinci ayəsi və tərkib hissəsidir.
Həzrət Mühəmməd Peyğəmbər (s) namazda "Fatihə" surəsini oxuyarkən həmişə "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini deyirdi (Əllamə Süyuti - "əl-İtqan"). Quran təfsirçilərinin müəllimi Abdullah ibn Abbas demişdir: "Quranın ən böyük ayəsini şeytan insanlardan oğurlayıb. Bu, "Bismillahir-Rəhmanir-Rəhim" ayəsidir".
Əhli-sünnə məzhəblərindən hənəfilikdə təkbaşına qılınan namazlarda "Fatihə"dən əvvəl "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini oxumaq sünnətdir. Camaat namazında müqtədi "bəsmələ"ni deməz. "Fatihə"dən sonra oxunan surəni isə "bəsmələ" ilə başlamaq məsləhət deyil. Malikilər namazda oxunan surələrin əvvəlində "bəsmələ" söyləməyi məkruh sayırlar. Şafii məzhəbində "bəsmələ" ayəsi sürənin tərkib hissəsi sayılır və söylənməsi fərzdir. Uca səslə qiraət edilən surələrin "bəsmələ"si də uca səslə deyilir. Hənbəli məzhəbində isə, "bəsmələ" ayələri Qurandan sayılmır və namaz zamanı surədən qabaq astadan deyilməsi sünnətdir.
Cəfəri məzhəbinə görə, namazda oxunan surələrin əvvəlində "bəsmələ" mütləq deyilməlidir. İmam Cəfər Sadiq buyurmuşdur ki, əgər bir şəxs namazda "Fatihə"dən sonra oxunan surəni "Bismillahir-Rəhmanir-Rəhim"siz başlasa, gərək namazı təzədən qılsın ("Üsulül-Kafi", "Namaz" kitabı, "Quran qiraəti" babı, hədis 1).
Rəvayət edirlər ki, bir gün Müaviyə camaat namazına imamlıq edərkən "Fatihə" surəsini "bəsmələ"siz oxudu. Camaat narahat olub etiraz etdi: ""Bismillahı oğurladın, yoxsa unutdun?".
Məşhur əhli-sünnə təfsirçisi İmam Fəxr Razi öz təfsirində "Bismillahir-Rəhmanir-Rəhim" ayəsinin "Fatihə"yə aid olduğunu sübuta yetirmək üçün 16 dəlil gətirmişdir. Əllamə Süyuti isə "əl-İtqan" kitabında "bəsmələ"nin Qurana aid olması barədə rəvayətləri sadalayaraq yazırdı: "Bismillahir-Rəhmanir-Rəhim" ayəsinin Qurana aidliyi və surələrin başlanğıcında nazil olması məna baxımından mütəvatirdir".
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
“Bismillah”-ın fəzlitəti haqda
14 Mart 2019 08:55
1 Şərh
Baxış: 3 760

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Artıq çəkili insanları sevindirəcək xəbər - 450 min insan üzərinə araşdırıldı: Nəticə təəccübləndirir
-
Qadınlarda istəyin azalma səbəbi açıqlandı
-
Tramp Britaniyada etiket qaydasını pozdu - FOTO
-
2 ölkə qlobal planları alt-üst edəcək tarixi sazişə imza atdı
-
Yuxunun həyatımıza təsiri
-
Vüsalə efirə bu tarixdə qayıdır
-
Sentyabrın 21-də səmada nə baş verəcək?
-
Bakıda aeroportda yeni taksi qaydaları: Ərazi və qiymət açıqlandı - siyahı
-
FED faiz qərarını açıqladı – qızıl rekord qırdı, dollar kəskin ucuzlaşdı
-
Bu simptomlara diqqət - İçməli sudan keçir, beyni yavaş-yavaş məhv edir
-
Gəncədə zəncirvari qəza - xəsarət alanlar var
-
22 yaşlı Mənzər meyiddən ona necə orqan köçürülməsindən DANIŞDI - VİDEO
-
COVİD19-un ən uzunmüddətli yoluxma halı qeydə alındı - 2 il daşıyıcı olub
-
Günün qoroskopu: Risk etməyin
-
Saç tökülməsinin gizli səbəbləri – Gündəlik qidalanmada böyük səhvlər
-
"Eşref Rüya"da yeni sima - FOTO
-
Məktəblərin yüksək keyfiyyətli internetlə təmin edilməsi təhsilə nə qazandırır?
-
Yerə nəhəng asteroid yaxınlaşır: NASA-dan xəbərdarlıq
-
Bu Çin avtomobili Rusiya bazarını tərk edir
-
Bu qulaqlıqlar saçları tökür - Açıqlama
-
iPhone 17 Pro Max və Galaxy S25 Ultra müqayisəsi: Hansı daha güclüdür?
-
Müəllimlərin nəzərinə!
-
Türkiyədə yeni yerli platforma istifadəyə verilir
-
“Qarabağ” UEFA reytinqində irəlilədi