Maraqlı

Latviyada vətəndaşlıq haqqında qanun dəyişə bilər

8 Mart 2019 06:30
0 Şərh     Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Litva Prezidenti Raymond Veyonis bu ölkə Seyminə vətəndaşlıqla bağlı yeni təklif verəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martda Seymə təklif olunacaq qanun layihəsi Latviya vətəndaşı olmayanların bu ölkədə doğulacaq uşaqlarının avtomatik olaraq vətəndaşlıq almasını nəzərdə tutur. Prezident Raymon Veyonis bu barədə Baş nazir Krişyanis Karinyeş ilə də məsləhətləşib.

Dövlət başçısının mətbuata açıqlamasında bildirilib ki, Prezident Latviyada doğulan uşaqların vətəndaşlıq hüququna sahib olmasının tərəfdarıdır. Layihədə nəzərdə tutulub ki, bunu istəməyən valideynlər yazılı surətdə etiraz edə və öz ölkələrinin vətəndaşlığını saxlaya bilərlər.

Qeyd edək ki, Seymin 12-ci çağırışı həmin layihəni rədd etmişdi. Əgər indiki çağırış layihəni qəbul edərsə, 2018-ci il iyunun 1-dən sonra ölkədə doğulan bütün qeyri-latışlar vətəndaşlıq hüququ qazanacaqlar. Hazırda ölkədə Latviya vətəndaşı olmayan 224 min 670 nəfər yaşayır. Onların əksəriyyəti 1940-cı ildən sonra Latviyaya köçürülmüş digər xalqların nümayəndələridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.