Maraqlı

"Yüz ilin tənhalığı" romanı əsasında film çəkilir

6 Mart 2019 21:44
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Netflix" kinoşirkəti məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı" romanı əsasında film çəkmək hüququnu əldə edib.

Milli.Az report-a istinadən bildirir ki, icraçı prodüser olaraq yazıçının oğlanları - Rodriqo və Qonsalonun iştirak etdikləri layihə roman əsasında serial yaradılmasını nəzərdə tutur. Çəkilişlərin əsas hissəsi yazıçının vətəni Kolumbiyada aparılacaq.

1927-ci ilin martın 6-da doğulan mərhum yazıçının ən məşhur əsərlərindən olan "Yüz ilin tənhalığı" romanı ilk dəfə 1967-ci ildə 8 min tirajla işıq üzü görüb. Daha sonra 46 dildə 50 milyon nüsxə ilə nəşr edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.