Maraqlı

Mişel Obama qəflətən səhnəyə çıxdı - VİDEO - FOTO

11 Fevral 2019 12:39
0 Şərh     Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Los-Anceles şəhərindəki "Staples Center"də 61-ci "Grammy Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın xanımı, 55 yaşlı Mişel Obama mərasimin "sürpriz" qonağı olub.

Ledi Qaqa, Cennifer Lopes və şou-biznesin digər ulduzlarından sonra səhnəyə çıxan Mişel Obamanı zaldakı tamaşaçılar müğənnilərdən daha çox alqışlayıblar.

Sənətçilərə və tamaşaçılara xitab edən M.Obama sevdiyi musiqilərin həyatındakı önəmindən danışıb.

"Çikaqoda dinlədiyim "Motown record" vallarından tutmuş son 10 ildə dinlədiyim "Who Run The World" mahnısınadək - musiqi həmişə mənə öz tariximizi danışıb. Bilirəm ki, buradakı insanların hamısı bu hissləri yaşayırlar", - Mişel Obama deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.