Maraqlı

"Grammy" mükafatları paylandı - Ən yaxşıların SİYAHISI - FOTO

11 Fevral 2019 09:59
0 Şərh     Baxış: 2 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Los-Anceles şəhərindəki "Staples Center"də 61-ci "Grammy Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın İncəsənət və Səs Yazısı Sənətləri Milli Akademiyasının (The National Academy of Recording Arts & Sciences, Inc, NARAS) təsis etdiyi bu mükafatı "İlin mahnısı" nominasiyasında əsl ad və soyadı Donald Qlover olan "Childish Gambino"nun ifa etdiyi "This Is America" alıb. Mahnının videokloipi isə "İlin videosu" seçilib.

Müğənni Ariana Qrandenin "Sweetener" albomu "Ən yaxşı vokal pop-albom" seçilsə də, ifaçı mərasimə qatılmayıb. O, mərasim üçün mahnı seçimində prodüser Ken Erlikin diktatına etiraz edib.

Reperlər arasında Kendrik Lamar, Cey Rok, Future və Ceyms Bleyk mükafat alıblar.

Bleykin "King's Dead" mahnısı "Ən yaxşı rep ifası" seçilib.

"Grammy Awards"ın nominasiyalarını və qalibləri təqdim edirik:

"Ən yaxşı mahnı" - "This Is America"

"Ən yaxşı video"" - "This Is America"

"Ən yaxşı solo pop-ifa" - "Joanne" (Ledi Qaqa)

"Ən yaxşı vizual media üçün ən yaxşı mahnı" - "Shallow" (Ledi Qaqa")

"Ən yaxşı ənənəvi vokal pop-albom" - "My Way" (Uilli Nelson)

"Ən yaxşı vokal pop-albom" - "Sweetener" (Ariana Qrande)

"Ən yaxşı alternativ musiqi albomu" - "Colors" (Bek)

"İlin ən yaxşı albomu" - "Golden Hour" (Kacey Musgraves)

"Ən yaxşı yeni ifaçı" - Dua Lipa

"Ən yaxhı opera albomu" - "Bates: the (R)evolution of Steve Jobs"

"Vizual media üçün ən yaxşı saundtrek" - "Bləck Panther"

"Ən yaxşı ritm-n-blüz ifası" - Qabriella Uilson

"Ən yaxşı ritm-n-blüz mahnısı" - "Boo'd Up" (Ella Mey)

"Ən yaxşı rep ifa" - "King's Dead" (Kendrik Lamar, Cey Rok, Future və Ceyms Bleyk)

"Ən yazşı rep mahnı"  - "God's Plan" (Dreyk)

"Ən yaxşı rep albom" - "Invasion Of Privacy" (Kardi Bi)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.