Allahın seçdiklərindən olmaq istəyiriksə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allaha iman etmiş bəndənin bu dünyadakı ən böyük amalı Yaradanın razılığını qazanmaqdır. Bu razılığı əldə etməyin müxtəlif yolları və vasitələri mövcuddur. Amma bəzi əməllər var ki, bu razılığa daha qısa yolla qovuşdurur. Zənnimizcə bu əməllərdən ən üstünlərindən biri də fədakarlıqdır. Fədakarlıq - yəni öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının işinə fəda etmə, həsr etmə, bu uğurda fədakarcasına çalışma, səy göstərmə.
Fədakarlığın da müxtəlif dərəcələri olur. Kimin fədakarlığı avtobusda ayağa qalxıb öz yerini uşaqlı qadına verməklə məhdudlaşır, kim də müqəddəs amallar uğrunda canından belə keçməyə hazırdır və tələb olunduqda keçir də.
Milli.Az islam.az-a istinadən bildirir ki, fədakarlıq Allah qatında yüksək dəyərləndirilir. Tanrı yaratdığının ona bəxş etdiyi nemətlərin digər bəndələr üçün xərcləməsini bəyənir. Əbəs yerə deyil ki, Allah fədakarlığın ən üstün dərəcəsinə çatmış bəndələrini - şəhidləri - daha üstün, daha əziz, seçilmişlər olduğunu bəyan edir: "Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin" ("Ali-İmran", 140). Bu mətləbi, bu həqiqəti anlayan hər bir bəndə, sözsüz ki, şəhidlik məqamına yüksəlmək arzusundadır. Amma bu da hamıya nəsib olmur. Ayədən də göründüyü kimi, Allah şəhidləri ÖZÜ seçir...
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Onun geniş təqdimata artıq ehtiyacı yoxdur. Allah onu seçdi və dərgahına ucaltdı. Eyni zamanda Mübarizin xalqın qəlbində məhəbbət tapması da İlahi təqdirdir: "Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım" ("Ta Ha", 39). Allah Mübarizi seçdi və azərbaycanlılara təqdim elədi. Bu isə düşünən insanlar üçün bir çox mətləblərdən xəbər verir. Kamil, Allahın görmək istədiyi biçimdə insan olmaq arzusunda olanlar Mübarizdən nümunə götürməlidi. Onun kimi olmaq üçün, onun kimi bu həyata vida etmək üçün isə onun kimi yaşamaq, bu dünyanın dolanbac yollarında azmamaq, Allahın nəzərini cəlb etməyə çalışmaq, ən əsası da - fədakar olmaq lazımdı. Bunu hər kəs öz biçimində edə bilsə, o zaman ölkəmiz də, dünyamız da, sonda isə axirətimiz də gülüstana çevriləcək.
Fədakar olaq ki, sonda Allah da bizi seçsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib - (Video)
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu - Yaralananlar var - (Video)
-
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
-
Qatıqlı keks resepti
-
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?
XƏBƏR LENTİ
-
“İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib
-
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib
-
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
-
Aşura Günü keçirilən qanvermə aksiyasında 1269 litr qan toplandı - Yenilənib
-
Bakıda "Range Rover" qəza etdi: Yaralılar var
-
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
-
Azərbaycanın gizli cənnəti buradır - (Foto)
-
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib
-
Azərbaycanda şagirdlərin sayı açıqlandı
-
Azərbaycanın 18 universiteti beynəlxalq reytinqə düşdü - (Foto)
-
Aqşin Fatehin restoranı yenə bağlandı
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib
-
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib
-
Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək
-
Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub
-
Hüseyn Quliyev Azərbaycannın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
-
Bakı metrosunda yenilik: Lift olacaq
-
Sənədsiz evlərə çıxarış verilə bilər - Yeni konsepsiya hazırlanır
-
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Milli Məclisin 30 iyun iclasının gündəliyi açıqlandı
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)





