Maraqlı

Rusiyada seks işçiləri necə yaşayır və onlara kim köməklik edir? - FOTO

9 Fevral 2019 19:19
12 Şərh     Baxış: 7 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər Rusiyada seks xidməti bazarı dəyişib. Əvvəllər bu sənaye narkotik asılılığı olan qızlarla əlaqələndirilirdi. Hazırda isə tipik seks işçisi 30 yaşinda, ipotekası olan, uşaq sahibi və yerli Özəl Mühafizə Təşkilatı ilə müqaviləsi olan qadınlardır. Ekspertlər belə deyir.

Üstəlik, Rusiyanın müxtəlif regionlarında seks sahəsində işi təhlükəsizlik etməyə çalısan müxtəlif təşkilatlar fəaliyyət göstərir.

2017-ci ilin payızında Saşa (qəhrəmanın xahişi ilə ad dəyişdirilib) bir kişinin mənzilinə gəlib.

Kişi onu binanın qabağında qarşılayıb.

"Görünüşü tamamilə normal idi, yaxşı geyinmişdi, bir az içkili idi. Biz onun mənzilinə qalxdıq. Mən duşdan çıxdıqdan sonra o mənə dedi: "Otur biz danışacağıq".

Mən görürdüm ki, o kiməsə mesaj yazır "o mənim yanımdadır".

Mən başa düşdüm ki "dəhşətlər" başlayır.

Bizim aramızda seks əlaqəsi oldu, təbii ki razılıqla deyil.

O, mənim sənədlərimi və hər iki telefonumu əlimdən aldı.

Məni hədələməyə başladı ki, səni öldürərəm, bura mənim dostlarım gəlir", deyə qız xatırlayır.

Qız hiyləgərlik etmək qərarına gəlir:

"İndi mənim arxamca sürücü gələcək və sənə çox pis olacaq".

Kişi isə deyir: Gəl küçəyə çıxaq və sənin sürücünə baxaq. Küçədə təbii ki, kimsə yoxdur.

"Mən qaçmağa cəhd etdim, o mənim arxamca gəldi və əlində bıçaq rayon ərazisində bir saat arxamca qaçdı".

Saşanın qışqırıqlarına baxmayaraq kimsə onun köməyinə gəlmədi. Qız yola qaçdı.

Onun dediyinə görə, təqibçinin yıxılması ilə faydalandı.

"Mən onu döyməyə başladım və nəticədə telefonlarımdan birini və pasportumu ondan almağa nail oldum. Maşın saxladım və sürücüyə dedim ki, qapıları bağla və sür gedək".

Иллюстрация

Dostları Saşanı polisə getməyə inandıra biliblər.

"Orada uzun müddət saxladılar, nəticədə təcavüz və qarətə cəhd barədə şikayət ərizəmi qəbul etdilər, talon verdilər. Biz polislərlə ünvana gedən zaman bəxtimiz gətirmişdi, o mənzildən çıxırdı. Mən dedim: bu odur. Onun əllərini bağladılar və biz bölməyə getdik. Orda onu sorğu-sual etdilər. Sonra polis məni çağırdı".

- "Sən axı fahişəsən, siz pulda razılığa gəlməmisiniz? Onu bağışla, o kontuziyalıdır.

(Sən demə o əvvəllər soyğunçuluqda mühakimə olunub)".

- "Deyirəm necə yəni bağışlayım?"

- "Vay axı heç nə baş verməyib ".

Layihə işi

Rusiyada seks işi ilə 3 milyon insan məşğul olur.

Bunu qeydiyyatdan keçməyən "Gümüşü qızılgül" seks işçiləri assosiasiyasının rəhbəri İrina Maslova deyir.

Dəqiq statistika yoxdur. Bu ölkədəki əhalinin ümumi sayına, rifah səviyyəsinə, sosial müdafiə və digər ölkələrlə analoji məlumatlara əsasən BMT üsulları əsasında hesablanıb.

Rusiya DİN-yi isə daha az, amma həmçinin ciddi rəqəm deyir.

Onların məlumatına görə, 2013-cü ildə ölkədə seks işilə bir milyon insan məşğul olub (yeni məlumat əldə etmək mümkün olmayıb).

Onlardan əksəriyyəti pula ehtiyacı olan adi adamlardır.

Onları kimsə zorla saxlamır. Seks işçilərinin 98 faizi üçün bu könüllü seçimdir. Maslova belə deyir.

İİV (İnsanda İmmunçatışmazlığı Virusu) profilaktikası üzrə "Addımlar" fondunun əməkdaşı Kirill Barskiy deyir ki, Moskvada seks işi ilə məşğul olanların 99,9 faizi bunu könüllü edir.

Onlar narkotikdən istifadə etmirlər. Yekaterinburqun "Yeni həyat" fondunun direktoru Vera Kovalenko indi narkotik almaq üçün seks-sənayesinə gedənlərin sayının çox az olduğunu deyir.

"Hər şey əsasən iqtisadi tərəfə yönəlib: qadınların uşaqları, himayəsində olanlar, kreditləri və ipotekası var".

İrina Maslova Peterburqda narkotik aslılığı olan seks işçilərinin 5 faiz olduğunu deyir.

Onlar küçələrdə dayanmırlar.

2019-cu ildə seks sənayesi praktiki olaraq tamamilə mənzillərə və internetə keçib.

Maslova Peterburqda avtomobil yolunda maksimum 10 faizin dayandığını deyir.

Kovalenkonun sözlərinə görə, məsələn, Yekaterinburq küçələrində işləyən qızların sayı o qədər azdır ki, biz onları üzdən tanıyır, adını bilirik və onları saya bilərik.

Və ümumilikdə onlar məsuliyyətli, yetkin yaşlı adamlardır.

Maslovanın sözlərinə görə, məsələn, Peterburqda seks işçisinin orta yaşı 32-34-dür, onlardan 90 faizinin uşağı var.

Əvvəllər onlar orta yaşı təqribən 5 il az idi və qızların yarısından çoxu uşaqsız idi.

Hüquqşünas Alyona Mexanoşina Yekaterinburqda yaşayır, qadınları polisdə və məhkəmələrdə müdafiə edir.

"Mən qızlarla işləməyə başladığımda çox təəccüblənmişdim, onların çoxunun təhsili, o cümlədən ali təhsili vardı.

Çoxunun ipotekası, əri və iki uşağı var.

Belələri çoxdur. Narkotikdən istifadə edənlər, içənlər, küçədə duranlar bu peşədə ən aşağı təbəqəyə aiddir.

Firmalarda işləyib çağırışa gedən qızlar bu işlə maddi vəziyyətlərinə görə məşğul olur.

Kimisi buna aludə olur, kimisi isə maddi problemlərini həll etdikdən sonra bu peşədən imtina edir".

Иллюстрация

Bununla yanaşı, "Addımlar" fondunun əməkdaşı Lyudmila (qəhrəmanın təhlükəsizliyi üçün soyadı göstərilməyib) deyir ki, yola adətən tanınmamaq üçün internetdə görünmək istəməyən qadınlar çıxır.

Bəziləri üçün bu əslində bir layihə işidir:

"Pul qazanmaq üçün gəlmişəm, kreditlərimi ödəmək lazımdır. Mənim başqa yolum yoxdur, banklar üstümə gəlir, kollektorlar qapıya dayanıb, uşaqlarımı hədələyirlər.

Mən bir aylıq işləyəcəm və bu pulları aparıb verəcəm, vəssalam", - deyə Lyudmila tipik motivasiyanı danışır.

"İndividuallar" "yola çıxan qızlara" yuxarıdan aşağı baxırlar.

- Çoxlu miflər var, internet vasitəsiylə işləyən qızların küçələrdə işləyən qızlara QİCS yayıcısı və virus mənbəyi kimi münasibət bəsləyirlər.

Mən həmişə deyirəm ki, çox nahaq yerə belə fikirləşirsiniz.

Küçələrə çıxan qızlar tez-tez müayinə olunurlar və statistikaya görə, həkimlərə gedirlər, - Lyudmila deyir.

- Onlar daha çox risk etdiklərini anlayırlar?

- Xeyr. Ona görə ki, onların çoxu işləmək üçün regionlardan gəlib. Tutaq ki bir ay işlədilər və evlərinə qayıtdılar. Və çoxlarının əri var. Ona görə də evinə getməzdən əvvəl o müayinəyə gedir. Əlbəttə ki, bir ay ərzində əri də başqasıla cinsi münasibətdə ola bilər. Amma bu artıq başqa mövzudur.

İqtisadiyyat

2017-ci ildə müştəridən qaçan Saşa rəfiqəsi Maşa (qəhrəmanın adı öz xahişi ilə dəyişdirilib) ilə müsahibəyə gəlir.

Biz ticarət mərkəzinin ətrafındakı kafedə oturmuşuq. Saşanın 22, Maşanın isə 25 yaşı var. Onlar bir yerdə yaşayırlar və müştəriləri eyni mənzildə qəbul edirlər.

Maşa əvvəlcə seks xidməti ilə məşğul olmaq barədə hətta düşünməmişdi, lakin "maddi çətinliklər yarandı".

4 il əvvəl kosmetika mağazasında satıcı-məsləhətçi işləyən qız bir dəfə öz problemlərini daimi müştərisi ilə bölüşür.

Həmin müştəri işdən sonra ona görüşməyi təklif edir.

Tanışı Maşanı aradüzəldənə təqdim edir.

O, qızla danışır və deyir: əgər səni hər şey qane edirsə, işdən çıx və gəl.

Fotosessiya edək, anketini daxil edək və işə başlayaq.

"Mən bir neçə gün fikirləşdim, çünki bunun necə baş verəcəyini anlamırdım. Lakin sonra anladım ki, başqa çıxış yolum yoxdur. Mən razılaşdım və ertəsi günü fotoqraf gəldi. Axşam dispetçer zəng vurdu ki, hazırlaş ilk müştəri gələcək".

Maşa hesab edir ki, onun bəxti gətirib: "Müştəri nəzakətli gənc bir kişi idi. Uzun müddət sadəcə oturub söhbət etdik, çünki düzünü deyim mən özümü çox narahat hiss edirdim. Daxilimdə nə baş verdiyini təsəvvür etmək çox çətindir. Çünki mənəvi baxımdan öz üstündən adlamaq ağırdır. Lakin sonradan tədricən alışdım və başa düşdüm ki burda dəhşətli heç nə yoxdur".

Maşanın balaca oğlu var. O, nənə və babası ilə doğma şəhərdə yaşayır.

Maşa onlara pul göndərir. Saşa da ailəsinə kömək edir:

"Valideynlərinin çoxlu borcu var".

Иллюстрация

Əvvəlcə Maşa "salonda" 3 qızla birgə işləyib.

Bu o deməkdir ki, onlar ikiotaqlı mənzildə birgə yaşayırdılar və müştərilər onların evinə gəlirdilər.

Bu həbsxana deyil, Maşa qeyd edir: "Biz mağazaya və işlərimizin arxasıyca gedirdik, bizi kimsə bağlı evdə saxlamırdı. Amma dispetçer zəng vururdu ki, 20 dəqiqəyə müştəri gələcək. Bu vaxt ərzində hazırlaşmaq lazımdır.

Biz öz anketlərimizlə işləyirdik, müştəri məhz sənin yanına gəlir. Ona görə də bu vaxt ərzində sən duş almalısan, bəzənməlisən və geyinməlisən.

Çünki sən bütün günü evdə dikdabanda və paltarda gəzə bilməzsən ".

Hazırda Saşa və Maşa özləri üçün işləyirlər və jarqon dilində bu "individuallar" adlanır.

BBC müxbirinə açıqlama verən qızlar və fəallar fərdi işlə "salon" arasında seçimin öz şəxsi arzularından asılı olduğunu söyləyirlər:

"Salonlarda" qazancın yarısını aradüzəldənə verməlisən. Lakin bu zaman mühafizə var və fasiləsiz müştəri axını olur. Bunun sayəsində isə zəmanətli gəlirə arxalana bilərsən.

"İndividuallar" hər ay anketin reklamına 10-15 min rubl xərcləyirlər. Lakin onlar öz vaxtlarına sərbəst şəkildə nəzarət edə bilirlər.

"Biz ancaq gündüz işləyirik, gərgin işləmirik, çünki yatmağı sevirik. Hansı normal insan gecə vaxtı harasa gedər? Bu yalnız içənlər, ya da narkomanlar ola bilər. Bu cür insanlarla münasibət arzusunda deyilik".

Qızların sözlərinə görə, "gərgin" işləmədən ayda 200-250 min rubl qazanırlar. (1 AZN = 38.5 Rubl)

(Rusiya statistikasının ötən ilki nəticələrinə görə, ölkədə orta əmək haqqı 43 min rubl təşkil edir, Moskvada 80 min rubl).

Saşanın dediyinə görə, qiymət xidmətin növündən asılıdır.

"Aşağı qiymətlər - bir saatı 5 min rubla qədər, yuxarı qiymətlər isə adi klassik seks və prezervativdə minetlə saatı 10 min rubldan başlayır.

Qalanlar isə artıq əlavə xidmətlərdir. Erotik masajın (yəni masturbasiya ilə masaj, klassik seksi nəzərdə tutmayan) Moskvada qiyməti 1200 rubldan başlayır. Ən bahalısı BDSM-dir, xüsusilə tabe mövqeyində çünki zorakılıq riski həddən artıq yüksəkdir.

Иллюстрация

Qızların özü isə hazırda yüksək qiymətlə işləməyə üstünlük vermirlər. Saşanın dediyinə görə, yüksək qiymət avtomatik böyük qazanc demək deyil. Məsələn, yüksək qiymət yaxşı mənzil deməkdir. "Qiymət nə qədər yüksəkdirsə, mənzil də bir o qədər gözəl olmalıdır. Təzə təmir, şəhərə yaxın. Bir var sən mənzilə görə 35 min ödəyəsən, bir də var 70 min (Ali İqtisadiyyat Məktəbin alimləri 2017-ci ildə "individualların" 200 anketini təhlil edərək hesablayıblar ki, metro stansiyalarından biri daha uzaq olarsa qazanc təqribən 4,9 faiz azala bilər)".

Özünə pul xərcləməlisən və qulluq etməlisən, alt paltarları almalısan, mühit yaratmalısan.

- Mən indi heç narahat deyiləm, mənim standart proqramım var - vəssalam. Mən indi ümumiyyətlə 15-ə deyil, iki minə də alt paltarı ala bilərəm. Mən yüksək qiymətlə işləyən zaman dırnaqlarıma, saçıma, kosmetoloqa, bahalı alt paltarlarına çoxlu pul xərcləyirdim. Həmişə pulum çatmırdı. Bizdə Rusiyada kişilər hesab edirlər ki, pul veriblər və verdikləri pulun qarşılığını görməlidirlər. Əgər qız yüksək pul ödəyənin qarşısına AliExpress-dən aldığı alt paltarı ilə çıxır və bir az da kefsizdirsə, saytdakı rəylər yazılacaq ki, qız qiymətə uyğun deyildi, müştərini ucuz alt paltarında qarşılamışdı. Müştəri mənzilin lüks olmadığını yaza bilər.

- Orda elə bil poema yazırlar - deyə Maşa gülür.

- Bəli, "rahat anal". Mən yalnız dünən analın rahat ola biləcəyini öyrənmişəm. Ciddiyəm, hər kəs təsvir edir: klitorun formasından...

- O sənin yanına gəlməyə necə qərar verdi, sən onu necə idarə etdin, yer necədir, tıxac var yoxdur, avtomobilin parklanması. Prinsipcə qızdan asılı olmayan şeyləri təsvir edirlər.

Rəfiqələrin sözlərinə görə, onların müştərilərinin böyük hissəsi "prinsipcə hər şeyi yaxşı olan" insanlardır.

- İdman marağı, müxtəliflik üçün - deyə Maşa izah edir. - Və ya hansısa bir xidmətə görə gəlirlər. Həyat yoldaşı anal sekslə məşğul olmaq istəmir, o məqsədli şəkildə bu xidməti göstərən qızın yanına gedir.

- Əgər anal seksdirsə, bu hələ yaxşıdır. Kimsə BDSM, qayış üçün gəlir. Bizdə hazırda bu xidmətlər yoxdur. Əvvəllər mən BDSM xidməti göstərirdim, amma sonra başa düşdüm ki bu mənim işim deyil.

- Bəli, 10 il birlikdə yaşayıblar, kifayət qədər yaşlıdırlar və uşaqları var. Və o, belə deyir "Əzizim, mən belə fikirləşdim ki adi seks mənim üçün maraqlı deyil, mənimlə dizüstü pozada olmağı istəmirsən ki?" Və belə bir şey çıxarır, - Maşa gülür. Hər kəs bunu nəzakətlə qarşılamır.

Иллюстрация

Hazırda Saşa axşam məktəbində vahid dövlət imtahanı verməyə, 2019-cu ilin yayında isə o, psixologiya fakültəsinə daxil olmağa hazırlaşır.

"Mən 40 yaşa qədər işləməyi və qiyməti artırmağı planlaşdırsaydım, o zaman əməliyyat etdirərdim. Lakin mən bu arzu ilə yaşamıram, əksinə mən oxumaq və bu sahəni tərk etmək istəyirəm".

Aşağı qiymətlərin xeyrinə olan daha bir dəlil isə təhlükəsizlik məsələsidir: "Qiymət aşağı olan zaman vəziyyət tələb etdikdə sən müştərini qova bilərsən və onun heç bir etirazı olmayacaq". Xüsusilə, müştərilər prezervativdən istifadə etmədən seks istəyəndə qızlar bundan qətiyyətlə imtina edirlər.

- Müştərilərin böyük hissəsi ailəli adamlardır və mən başa düşmürəm, axı onlar ilk növbədə öz sağlamlıqlarını düşünməlidirlər, - deyə Maşa deyir. Sənin nəyə və hətta buna kimdən belə yoluxduğunu bilmədiyini öyrəndikdə özünü necə hiss edəcəksən?

- Onlar axmaqdırlar, - deyə Saşa onları təqlid edir.

Mənə biri belə dedi: "Gözlərindən görürəm ki xəstəliyin yoxdur".

Onların 30-40 yaşı var. Çoxlarının xanımı qəşəngdir və onlar boşanmağı düşünmürlər.

Sağlamlıq

Hüquqşünas Alyona Mexanoşina BBC-ə müsahibəsində fondun və fəalların təkcə seks işçiləri arasında deyil, həm də seks xidməti istehlakçıları arasında İİV-in profilaktikası ilə məşğul olduqlarını xatırladıb.

"Kimsə düşünmür ki, qızlar təkcə öz sağlamlıqlarını deyil, həm də müştərilərin sağlamlığını qoruyurlar".

Bu vacibdir: Rusiyanın Səhiyyə Nazirliyinin İİV-in diaqnostikası və müalicəsi məsələləri üzrə ştatdankənar baş mütəxəssisi Yevgeniya Voroninanın sözlərinə görə, virusun onlara aidiyyəti olmadığını düşünən yaşlı heteroseksual qadın və kişilər əsas risk qrupunu təşkil edir.

Onlarda İİV ən gec mərhələdə özünü göstərir.

Иллюстрация

Rusiyada fahişəlik qanuniləşdirilməyib, dövlət seks işçilərini tamamilə qorumur.

Ona görə də onlar ya özlərinə, ya da hüquq müdafiəçilərinə etibar etməlidirlər.

2003-cü ildən onlara köməklik edən Peterburqdakı "Gümüşü qızılgül" fondundan başqa, son 3-4 il ərzində seks işçiləri ilə bağlı proqramlar Moskvadakı "Addımlar", Yekaterinburqdakı və Orenburqdakı "Yeni həyat" fondlarında fəaliyyətə başlayıb.

2016-cı ilin aprelində fəallar hətta ölkədəki ilk və yeganə Ümumrusiya seks işçiləri forumuna toplanmışdı.

Burada ilk növbədə İİV-in profilaktikası sahəsində fəaliyyət proqramı təsdiqlənib.

Profilaktikanın ən məşhur formalarından biri də yardım adlanır - bu prezervativlərin paylanması və İİV ekspress-testidir.

Bu, belə görünür: Moskva metrosunun uzaq stansiyalarından birində axşam saatlarında tamamilə adi görünüşlü qadınlar furqona toplaşırlar.

Onların əynində gödəkçə və isti şalvar vardır.

Çoxları rəfiqələri ilə gəlirlər. Bəzilərinin əlində çörək və kefir olan paket var, yolüstü mağazaya giriblər.

Onların hamısı seks işçiləridir.

İçəridə könüllülər üzərində qırmızı çətir təsvir olunan paketi paylayırlar.

Hər birində 90 prezervativ, iki tüb lubrikant və dezinfeksiya salfetləri var.

Yanvar şaxtaları barədə söhbətlər "XL prezervativlərini qoyaq?" kimi suallar və İİV testindən keçmək təklifinə qarışır.

"Addımlar"ın iki furqonu var (ayaqyolu və test üçün fərdi kabinkalar). Onlar həftədə 6 səfər edirlər: internet vasitəsilə çalışan ("individuallar") qadınların gəldiyi metro stansiyalarına, mənzillərə ("salonlar") və küçədəki avtomobil yollarındakı nöqtələrə.

Nöqtələr şərtlərinə görə fərqlənir: Hardasa qızlar müştərini "Qazel"də, hardasa isə torpaqdakı karton üzərində gözləyirlər.

"Addımlar"ın əməkdaşlarından biri deyir ki, o da bir dəfə, lap "12 ay" nağılında olduğu kimi meşənin dərinliyindəki kötüklərdə oturub gözləyib.

Иллюстрация

"Addımlar"ın ofisi 3-cü halqanın sənaye bölgəsində yerləşir.

Yaşayış evlərindən uzaqda (keçmiş yerlərdəki qonşular İİV-dən o qədər qorxmuşdular ki, polis çağırmağa cəhd edirdilər) Moskvanın QİÇS mərkəzinin yaxınlığında yerləşir.

Seks işçilərindən savayı fond 2004-cü ildən bu yana bütün insanlara İİV virusu ilə mübarizədə köməklik edir.

"Addımlar" ın yaradıcısı İqor Pçelin artıq 33 idlir ki, İİV virusu ilə yaşayır. Onun sözlərinə, insanın pəncərəyə çıxacağı, yoxsa müalicəni necə alacağını öyrənməyə gedəcəyi bu diaqnozdan sonra ilk bir saat ərzində məhz eşitdiyi sözdən asılıdır.

Ayda bir dəfə furqonlar avtomobil yollarında fırlanaraq dikdabanlı, qısa ətəkli və bəzən də yanlarında "anaları" olan "işıldaquşlarınin" axtarışına çıxırlar.

İlk əlaqə həmişə gözlənilməz olur: Kimsə "Addımlar"ın loqosunu - qırmızı çətiri tanıyır, kimsə əvvəlki nöqtələrdəki fəallar barədə eşidib.

"Bəzən belə olur ki, çıxırsan, o, əzilir, sıxılır və sən ona deyirsən ki, niyə durmusan get özününküləri çağır. O, dərhal gedir və gətirir", - deyə "Addımlar"ın əməkdaşı Kirill Barskiy deyir.

Prezervativlərin verilməsi və İİV testi anonimdir (hətta adı belə soruşmurlar).

Lakin hər ziyarətçiyə xüsusi şifrə verirlər. Hazırda "Addımlar"ın bazasında Moskvada 5 min nadir şəxs var, bunlar qadınlar, kişilər və transgenderlərdir.

Eyni zamanda özü-özlüyündə prezervativlərin paylanması bir məqsəd deyil.

Rusiyada kontraseptiv həblər bahadır və elə yerlər var ki, orada könüllülər "həqiqətən qızları humanitar şəkildə onunla xilas edirlər", Barskiy deyir.

Amma ümumilikdə prezervativ daha çox motivasiya nöqtəsidir və vərdişi formalaşdırmaq vasitəsidir.

"Mənim vəzifəm məsləhətçi kimi insanı öz sağlamlığını qorumağa həvəsləndirməkdir. Bundan sonra onun işləyib-işləməyəcəyi məni maraqlandırmır. Bu məsələni həll etmək onun hüququdur. O, getmək və ya qalmaq istəsə ona kömək etəyə hazırıq", fəal deyir.

Иллюстрация

İİV ekspress-testi eyni zamanda profilaktika vasitəsinə xidmət edir. Test prossesində könüllü İİV və digər infeksiyaların ötürülmə yollarından, risklərin savadlı qiymətləndirilməsindən danışır. Motivasiya haqqında izahat verən Barskiy ən yaxşı iqtisadi komponentin işlədiyini deyir.

"Mən deyirəm, bax sən minetdə prezervativdən istifadə etməməyə razılıq vermisən. Sifilisin müalicəsi sənə hardasa 30 minə başa gələcək, tutaq ki, sənin əlavə qazancın olub. Amma sən bu 30 mini xərcləməlisən. Praqmatik baxış nöqtəsindən baxaraq fikirləş! Bu belədir və yəqin ki bir mənası var".

Bununla yanaşı Barskiy deyir ki, fondun əsas kəşfi fəalların əvvəl fikirləşdikləri kimi, seks işçiləri arasında yoluxmanın o qədər də dəhşətli olmamasıdır.

Moskvada 2017-2018-ci ildə "Addımlar" tərəfindən sınaqdan keçirilən 2 min seks işçidən yalnız 2,9 faizində İİV virusu aşkar olunub.

Yekaterinburqdakı "Yeni həyat" fondunun direktoru Vera Kovalenkonun sözlərinə görə, sınaqdan keçirilən 2500 nəfərdən 51-ində İİV virusu tapılıb.

Lakin rəqəmlər şəhərdən şəhərə fərqlənir.

Orenburqda 104 ekspress-testdən hər onundan biri müsbət olub.

Bundan başqa, demək olar ki bütün fondlarda qızların məşğuliyyətini nəzərə alan etibarlı həkim-ginekoloqlar işləyir.

"Biz qızlardan, xüsusilə küçələrdə çalışanlardan ginekoloqa nə vaxt getdiklərini soruşduq. Başa düşürsən ki, o çox nadir hallara həkimə gedir, ya pulu yoxdur, ya da etibar etdiyi mütəxəssis. Onlar həkimə getsələr belə, həkim bir qayda olaraq qarşısındakının seks işçi olduğunu bilmir və müalicə təyin edən zaman bunu nəzərə almır. Məsələn, həkim menstruasiya zamanı seksdən imtina etməyi tövsiyə edə bilər. Gözəldir! Həkim yaxşı deyib, afərin həkimə. O, başını yelləyir, amma heç bir şey etməyəcək".

Zorakılıq

Saşanın 2017-ci ildə polis bölməsinə ziyarəti və ona hücum edən müştərinin istintaqı heç nə ilə bitib.

"Mən dəfələrlə mənasız danışıqlar üçün ora getdim, 6 ay sonra isə istintaq komitəsindən mənə boş qovluğu qaytardılar.

Nə onun ifadəsi vardı, nə mənim.

Kamera görüntüləri də yox idi.

Hər şey itmişdi. Hər şeyi yenidən toplamaq lazım idi. Nəticədə iş bağlandı", deyə qız xatırlayır.

(Məqalə dərc olunan zaman Moskvadakı DİN BBC-nin sorğusuna cavab verməyib).

Seks işçilərinə qarşı cinayətlərin çoxu cəzasız qalıb.

Hüquqşünas Alyona Mexanoşina deyir ki, şikayət ərizəsi ilə müraciət etmək istəyən qadına polis əməkdaşlarının standart cavabı belə olur:

"Bağışlayın, demək siz fahişəliklə məşğul olursunuz və sizi kimsə döydüyünə görə şikayətə gəlmisiniz?"

Иллюстрация

Mexanoşina 8 ildir ki, hüquqşünas işləyir. O, çətin vəziyyətlərdə - ailədaxili zorakılıqdan tutmuş kollektorlardan müdafiə olunmağa qədər hər şeydə qadınlara yardım edir.

Son 3 il ərzində Mexanoşina 30 dəfə məhkəmədə seks işçilərinin maraqlarını müdafiə edib.

Bundan başqa o ərizə yazmağa köməklik edir və fəal şəkildə şifahı məsləhətlər verir:

"Mən həmişə qızlara deyirəm: Tutaq ki siz inzibatı qanun pozuntusuna yol verirsiniz, eləmi? Bu o demək deyil ki, onlar verdikləri pula görə sizi öldürməlidirlər".

Hər bir təşkilatda seks işçilərinə kömək edən hüquqi dəstək var.

Məsələn, 2017-ci ildə Orenburqda 400 qadından 22-si məhkəməyə qədər gedib. Onlara yerli "Yeni həyat" fondu köməklik edib.

Əgər iş döyülmə və zorakılıq faktı ilə məhkəməyə çıxarılıbsa, o zaman məhkəməni udmaq şansı seks işi ilə məşğul olmayan qadının şansına bərabərdir.

Məhkəmədə zərərçəkənin nə işlə məşğul olduğu nəzərə alınmır.

Mexanoşina uğurlu məhkəmə işi kimi, Tatyana Ş-nın hadisəsini xatırlayır.

2017-ci ilin mayında P. Yevgeni əvvəlcə seks xidmətinə müştəri kimi müraciət edib, daha sonra açıq pəncərədən içəri daxil olaraq qızı döyüb və zorlayıb.

Kişi günahını etiraf edib, ona 4 il şərti cəza və 150 min rubl cərimə kəsilib (qətnamənin surəti BBC-də var). Onun himayəsində iki azyaşlı uşağın olduğunu nəzərə alan məhkəmə cəzanı yüngülləşdirib.

Müştəriləri məsuliyyətə cəlb etmək bir də ona görə çətindir ki, qadınlar zorakılığı işlərinin bir hissəsi kimi qəbul edirlər. Murmanskda seks işçilərə köməklik edən "Vektor" təşkilatının əməkdaşı, psixoloq Valentina Lixoşvanın sözlərinə görə, əksər qadınlarda tədricən zorakılığa qarşı həssaslıq itir. Qadınları sorğu-sual edən fond əməkdaşları onlara zorakılığın nə olduğunu izah etməyə məcbur olurlar.

Məsələn, söhbət təkcə döyülməkdən deyil, həm də müştərinin onların iradəsi əleyhinə hansısa seksual xidmətlərə məcbur etməsindən gedir.

Küçələrdə çalışanlar daha həssas insanlardır (və onlar həmişə qadınlar olur - "Addımlar"ın əməkdaşının sözlərinə görə, küçədə çalışan kişiyə heç vaxt rast gəlməyib).

Valentina Lixoşovanın sözlərinə görə, "qəddar və açıq zorakılığın səviyyəsini nəzarətdə saxlamaq və qiymətləndirmək mümkün deyil. Bura köməyin olmadığı bir vəhşi səhradır və hamı yaşamaq üçün mübarizə aparır".

Иллюстрация

Saşa başına gələnlərdən sonra evlərə çağırışa getməkdən imtina edib.

Baxmayaraq ki, bu potensial olaraq daha çox gəlir gətirir. (Ali İqtisadiyyat Məktəbinin alimlərinin məlumatlarına görə, Moskvada müştərinin evinə getmək orta hesabla saatı 7211, öz evində qəbul etmək isə 3818 rubl təşkil edir ).

"Öz evində qəbul etmək təhlükəsizdir. Bir şey baş verərsə lampa ilə vuraram", - qız deyir.

Hüquqşünas Alyona Mexanoşina deyir ki, mən siqnalizasiya qoymağı tövsiyyə edirəm: "Biz qızlara mənzillərdə həyəcan düyməsindən istifadə etməyi deyirik. Ticarət obyektlərində və mağazalarda olduğu kimi xüsusi mühafizə təşkilatı ilə müqavilə imzalanır və reaksiya qrupu 10 dəqiqə ərzində hadisə yerinə gəlir. " Bu düymə xüsusilə "individualları" dəfələrlə qoruyub. O batareyadadır, onu cibdə gəzdirmək, yastığın altına və tumbanın üstünə qoymaq olar".

"Bizim müştərilər daimidir. Kimi gəldi qəbul etmirik. Pul dalıyca qaçmırıq, risk etmirik", deyə Saşa danışır. Lakin rəfiqələr dərhal daimi müştərilərin də təhlükəsizlik zəmanəti olmadığını deyərək, 2016-cı ilin yayında Moskvada baş verən hadisəni danışırlar. Müştərilərdən biri həmin günə qədər xidmətlərindən dəfələrlə istifadə etdiyi iki qızı bıçaqlayıb. Onun psixi xəstə olması barədə qərar qəbul edilib və o məcburi müalicəyə məhkum edilib. Qızların sözlərinə görə, ümumilikdə son 6 ay ərzində zorakılığın səviyyəsi artıb:

"Ölkədə yaşayış səviyyəsi aşağı düşür, kişilər qadınlara qarşı kifayət qədər qəzəbli yanaşırlar. "Heç nəyə görə pul alırlar", niyə görə qəzəbimizi göstərməyək".

6.11

"Hörmətli polis zabiti! Mən diqqətlə Rusiya Federasiyasının Konstitusiyasını, "İnzibatı qanun pozuntuları barədə" Kodeksi, "Polis haqqında" və "Operativ əməliyyat-axtarışı barədə" qanunu oxudum və mən bunları öyrəndim".

"Mən təqsirsizlik prezumpsiyasının nə olduğunu bilirəm. Mənim nədəsə günahkar olduğumu Siz sübut etməlisiniz. Mən pis bir şey etmədiyimi sübut etməməliyəm. Mənim günahım barədə məhkəmənin qərarı yoxdursa, mən heç bir şeydə günahkar hesab olunmuram".

"Gümüşü qızılgül" seks işçiləri assosiasiyasının dəstəyilə tərtib edilən kitabça belə başlayır.

Alyona Mexanoşinanın izah etdiyinə görə seks işçilər adətən hüququ savadsızlıq ucbatından və daxilən damğalandıqlarına görə özlərini müdafiə edə bilmirlər.

"Bir çox hallarda, polis bölməsindən çıxan zaman qızlar artıq qorxmuş vəziyyətdə, hər şeyi imzalamış və pul ödəmiş olurlar. Onlar daha sonra hüquqları barədə öyrənirlər və hər şeyin başqa cür ola biləcəyindən çox təəccüblənirlər", - deyə hüquqşünas izah edir.

Rusiyada fahişəliklə məşğul olmaq cinayət hesab edilmir. Bu, yüksək sürət və ya qadağan olunan yerdə yolu keçmək kimi inzibati pozuntudur. 2014-cü ildə 6.11 inzibati qanun pozuntusu maddəsi ilə 10 min 538 adam saxlanılıb, 2018-ci ilin birinci yarısında isə bu rəqəm 4 min olub. Bu qanun pozuntusuna görə, maksimal cərimə 2 min rubldur.

İrina Maslova hesab edir ki, 6.11 maddəsinin yeganə real nəticəsi polislərin seks işçilərə qarşı zorakılığı - qəsbkarlıq, hədə-qorxu, qeyri-qanuni saxlanılma, təhqir və polis bölməsinə götürməsidir.

"Gümüş qızılgül" proqramının məqsədi diskriminasiya kimi bu maddənin ləğvinə nail olmaqdır.

Hələki qadınların hüquqi maarifləndirilməsində dərc edilmiş materiallardan və treninqlərdən istifadə olunur.

"Biz hüquqlarımızın nüanslarını qızlara deyirik. Prokuror orqanları ilə işləməyi, öz hüquqlarımızı müdafiə etməyi öyrənirik. Biz həmişə vurğulayırıq ki, hətta insan inzibati qanun pozuntusuna yol versə belə onun Konstitusiyada və Rusiya Federasiyası qanunlarında təsbit edilmiş bütün hüquqları qalır. Bunu kimsə əlimizdən almayıb", - deyə Mexanoşina deyir.

Maşanın 6.11 maddəsi ilə 5, Saşanın isə bir protokolu var.

Onların sözlərinə görə, əsas narahatlıq protokollar deyil, işin baxıldığı ərazidir.

Əgər qızın nə işlə məşğul olduğunu yaxınları bilmirsə, qız məhkəmənin qeydiyyatda olduğu ərazidə deyil, hadisənin baş verdiyi ərazidə keçirilməsini tələb edə bilər.

Bununla yanaşı, rəfiqələrin sözlərinə görə, polis onları şantaj etməyə cəhd edərsə, onlar özlərini qorumağa qadirdilər: "Onlar polis şöbəsinə getməmək üçün onlara veriləcək məbləği deyirlər. Mənim başıma belə hadisə gəlib. Mən ona dedim ki, cəhənnəm ol get burdan. Bu saat polis çağıracağam".

Hüquqi savad üzrə treninqlərdən savayı bütün fondlarda könüllü-psixoloqlar məsləhət və master-klass keçirirlər.

Əgər qadın zorakılığa məruz qalıbsa, psixoloq və hüquqşünas ona bu ardıcıllıqla kömək edə bilər:

"Sənədləri hazırlamazdan və şikayət etməzdən əvvəl ilk növbədə qadını sakitləşmək lazımdır. Emosiyaları yüksək olan insan heç nə etmək, özünü müdafiə etmək istəmir və gizlənməyə çalışır. Bir qayda olaraq qadınlar zorakılığı unutmaq istəyirlər".

"Addımlar" fondunun əməkdaşı Lyudmila eyni zamanda həm də seks işçidir.

"Tam formalaşmayıb"

Onun 3 böyük uşağı var. O, artıq 15 ildir ki seks sənayesindədir. Onu fonda bir neçə il əvvəl "eqoistik marağı" gətirib.

Rəfiqəsi müayinəyə getməyi və eyni zamanda "pulsuz rezinləri götürməyi" (bir ay ərzində prezervativlərə aşağısı 4 min rubl xərclənir) tövsiyə edir.

Tezliklə Lyudmilanı əvvəlcə könüllü kimi, daha sonra treninqlərə və seminarlara çağırırlar.

O, sosial işləri öyrənir. Lyudmilanın sözlərinə görə, Rusiyada seks işçilərinin tam icması barədə hələ ki, danışmaq mümkün deyil, çünki bu sahə hələ tam formalaşmayıb.

Bu ən qapalı psixoloji qruplardan biridir, qadınlar kimsəyə etibar etmir. "Addımlar" fondu fəal işlər zamanı minimal təhlükəsiz ərazi yaratmağa nail olub.

Burada nəyisə müzakirə etmək, yardım almaq və harada, necə hərəkət etmək barədə kömək ala bilərlər.

Lyudmilanın sözlərinə görə, seks işçilərinin qlobal problemlərindən biri də özünütəcriddir.

Qadınlar çox nadir hallarda dostlarına və yaxınlarına nə işlə məşğul olduqlarını deyir.

Daima müştəri gözləmək onları evə bağlayır.

Иллюстрация

"İndividualları treninqlərə, tədbirlərə aparmaq çətindir, çünki onların evdən çıxmağa həvəsləri yoxdur. Bu insanlar cəmiyyətdən çıxır, sosial ünsiyyətdən məhrum olurlar.

O, illərlə dörd divar arasında yaşayır və işləyir.

Ən yaxşı halda idman zalına və ya salona gedir.

Qızların çoxu küçəyə çıxan zaman onları kiminsə tanıyacağından qorxur, hətta mağazaya getməkdən belə qorxduqlarını deyirlər.

Küçə qarşısında qorxu yaranır", deyə Lyudmila izah edir.

Hazırda fondun və şəxsən Lyudmilanın əsas ambisiyalarından biri "bu qızları sadəcə ünsiyyət qurmaq üçün evdən çölə çıxartmaqdır. Onlar təkcə forumlarda deyil, həm də canlı olaraq sakitcə müxtəlif mövzuları müzakirə etməyi bacarmalıdırlar".

Ötən il master-klass təşkil edilib:

"Burada tarot (proqnoz sistemi, insana öz iç dünyasını daha yaxşı bilməyə icazə verən) da vardı, sabun da bişirdik".

Planımızda kulinariya məktəbi və tikiş dərnəyi də var.

Saşa və Maşa təcrid olunma problemindən şikayətçi deyillər. Onların işləri yalnız kişilərlə münasibətlərinə təsir edib.

- Bizim şəxsi həyatımız yoxdur. Biz yeməyi, əylənməyi sevirik. Bu sahədə normal münasibətlər qurmaq mümkün deyil. Normal "oğlan" qiymət verməyəcək, anormal isə lazım deyil. Elə qızlar var ki, ərlərini və sevgililərini pulla təmin edirlər. Amma bu nəyə lazımdır? - deyə Saşa deyir.

- Nə qədər çox işləyirəmsə o qədər çox təəccüblənirəm və kişilərə olan etibarımı itirirəm. Sən başa düşürsən ki, prinsipcə o layiqli, hörmətli adamdır.

Evlidir, onun işi yaxşıdır və ailəsində hər şey qaydasındadır. Çox güman ki, həyat yoldaşının bundan xəbəri yoxdur.

Belə çıxır ki, sən bu sahəni tərk etdikdən sonra, ərin evə bir az gec gələn kimi o dəqiqə onun hansısa fahişənin yanında olduğu düşünəcəksən.

Gələn il Lyudmilanın 40 yaşı olacaq. Onun sözlərinə görə, o müntəzəm olaraq başqa bacarıqları və peşəsi olmayan, yaşı çox olduğundan hətta aşağı qiymətə işləsə belə mənzilin kirayə haqqını toplaya bilməyən qadınlar haqqında düşünür.

"Mən bilirəm ki, nəticədə bu, 10 ildən sonra getməyə yeri olmayan evsiz qadınların olmasına gətirib çıxaracaq. Və onlar içməyə başlayacaqlar, başqa nə edəcəklər ki?".

"Seks işçiləri üçün yeni hazırlıq proqramı lazımdır. Bizim ölkədə yaşı 50 olan qadına istənilən halda yaşamaq çətindir, amma əgər bacarığı varsa, əldə düzəltidiyi şeyləri internet vasitəsiylə sata bilər, qəpik-quruş da olsa qazanar. Qadınlara kömək etmək üçün bir mərkəz yaratmaq istəyərdim. Onlar yaxşı həyat üzündən ora getməyiblər, bir qayda olaraq onlar tək analardır, həm də tək uşaqlı deyil".

Fəalın sözlərinə görə, qadınlar uşaqlarını böyütməyə nail olurlar, lakin öz evi üçün pul yığmaq çox vaxt alınmır.

"Bir çox qızın uşaqları nəticədə böyüyür və öz analarına hörmət etmirlər, onları həyatlarından çıxarırlar" deyən Lyudmila bunları əlavə edir: "Mən deyə bilmərəm ki yaxşı işlə məşğul oluruq. Bu həmişə mühakimə olunacaq. Lakin bizim dövlətin belə bir insan kateqoriyası var və bu kiçik kateqoriya deyil".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.