İnsan şəklərdən xilas olub, yəqinə çatmaq üçün nə etməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əgər meşədə gəzəndə ağaclara diqqətlə baxsaq, görərik ki, bəziləri yaxşı qol-budaq verib, yaşıllaşıbdır. Ancaq aralarında elə ağaclar vardır ki, quruyublar və cürümək üzrədirlər.
Şəkk və şübhə də insan ruhuna həmin qurumuş ağac kimi təsirlər qoyar. Bizi öldürər və hərəkətsiz edər. Tərəqqi və təkamülü bizdən alar.
Ona görə də deyə bilərik ki, şəkk və şübhə - insanı əsil hədəfinə çatmaqdan saxlayan ən qorxulu amildir.
Bəs yəqinə necə çata bilərik?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu suala cavab verməzdən əvvəl şəkkə məna verməyə çalışaq. Şəkk, bir işi görən zaman iki ürəyə malik olmaq və dayanmaq mənasını verir. İnsan heç bir tərəfə qarşı yəqinlik əldə etməz. Ona görə də şəkk insana izritab gətirər.Cəhalətin bir növü hesab olunur.
İndi isə gələk yəqinə çatmaq mərhələsinə. Necə edə bilərik ki, həyatımızda şəkk və şühbədən uzaq olaq və yəqinə çataq?
Yəqin odur ki, insan gördüyü işə qarşı açıqlıq və aydınlıq əldə edər.
Yəqinlik, insan qəlbinə aramlıq verər və onu təşvişdən uzaqlaşdırar. Onu hədəfinə çatdırar.
"(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: "Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər". Dedi: "Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?" Dedi: "Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)"". ("Bəqərə" 260).
Həzrət İbrahim (ə) yəqinə çatmaq üçün Allahdan belə bir xahiş edir.
Yəqini əldə etməyin tək yolu - ibadətdir. İbadət insan ruhuna xüsusi təsir qoyar. "Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!". ("Hicr" 99).
İnsan - böyük istedadlara malik olan bir varlıqdır. İbadət - onun ruhunun ən ali tərbiyəçisidir. İnsanın düşüncələrini ayıldar və fikrini təkamülə verər. Qəlbində olan qəsavət və qabarları aradan aparar. İman ruhunu inkişaf etdirər və insanı məsuliyyətli edər.
Beləliklə, deyə bilərik ki, yəqinə çatmağın yolu - ibadətdədir. Amma xalis ibadətdə. O ibadətdə ki, insan ondan ləzzət alar və təkamül edər. Bu ibadət onu hər cür şəkk və şübhə tələsindən xilas edər və yəqinlik vadisinə çatdırar.
Belə ibadətə nail olmaq üçün, insan gündəlik təmrin etməlidir. Diqqətini təmərküz etmək, dediklərinə diqqət etmək - bunun birinci mərhələsidir. İnsanın mərifəti artdıqca, onun ibadətinin keyfiyyəti də artır. İbadəti keyfiyyətləndikcə, yəqini güclənər və qəlbi həqiqi aramlıq tapar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır





