Şəkər kəskin düşən zaman ilk yardım NECƏ EDİLMƏLİDİR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qlükoza orqanizmin əsas enerji mənbəyi, "yanacağı"dır. Beyin hüceyrələrinə qlükoza xüsusilə lazımdır. Qlükozanın çatışmazlığı zamanı hipoqlikemiya inkişaf edir. Hipoqlikemiyanın ilk simptomları ilə insanların əksəriyyəti üzləşib. Vaxtında qida qəbul etmədikdə biz aclıq, baş ağrısı, halsızlıq, başgicəllənməsi hiss edirik. Lakin şəkərli diabet xəstələrində hipoqlikemiya daha ağır keçir və çox ağır pozulmalarla, hətta ölümlə nəticələnə bilər.
Şəkərli diabet xəstəsi hipoqlikemiya zamanı bu kimi simptomları hiss edir:
- kəskin aclıq
- halsızlıq və yorğunluq
- titrəmə
- soyuq tər
- ürəkdöyünməsinin tezləşməsi
- patoloji qorxu
- görmənin pozulması
- dil və dodaqların keyiməsi.
Əgər xəstəyə vaxtında kömək edilməzsə, insan özündən gedə bilər və onda hipoqlikemik koma inkişaf edə bilər.
Hipoqlikemiyanın əsas səbəbləri:
- insulinin düzgün yeridilməməsi və ya artıq dozada yeridilməsi
- qida qəbulları arasında uzun fasilələr, qəbul etdiyi qidalarda karbohidratların az olması
- güclü fiziki gərginlik və ya güclü stress
- spirtli içkilərin qəbulu (xüsusilə çoxlu miqdarda və acqarına)
- kəskin infeksion xəstəliklər, hərarətin artması
- hamiləlik (xüsusilə hamiləliyin əvvəlində)
- cərrahi əməliyyat
- böyrək və ya qaraciyər çatışmazlığı.
Koma çox tez inkişaf edə bilər (bir neçə dəqiqə ərzində). Bu səbəbdən ətrafdakıların xəstəyə tez və düzgün kömək etməyi çox vacibdir. Bundan xəstənin tək sağlamlığı deyil, həyatı da asılı ola bilər.
Hipoqlikemik koma tək şəkərli diabet zamanı deyil, insulinoma (insulin ifraz edən toxumanın şiş xəstəliyi) zamanı da baş verə bilər. İnsulinoma zamanı koma qəfildən baş verir.
Hipoqlikemiyanın ilk simptomlarında ailənin bir üzvü dərhal "təcili yardım" çağırmalı, digərləri isə xəstəyə kömək etməlidir.
Xəstəyə dərhal 2 tikə şəkər, 1 qaşıq bal və ya şirin mürəbbə, peçenye vermək lazımdır. Daha sonra xəstəyə sıyıq və ya 1 tikə çörək, şirin meyvə vermək olar. Xəstə huşunu itirirsə, onun dilinin altına 1 tikə şəkər qoyun, xəstəni böyürü üstə uzadın (xəstədə qusma inkişaf edə bilər).
Adətən 5-10 dəqiqə ərzində xəstənin vəziyyəti düzəlməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
XƏBƏR LENTİ
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün





