Maraqlı

Yer almasının faydaları

6 Dekabr 2018 21:20
0 Şərh     Baxış: 1 163

Bir çox insan yer almasının faydalarını bilinməsə də, insan bədəni üçün bu tərəvəz olduqca əhəmiyyətli qidalar arasında durur. Xüsusilə qəbizliyə qarşı yaxşı təsir etdiyi və arıqlamaq üçün istifadə edilməsi ilə məşhur olan yer almasının faydaları ilə yaxından tanış olaq.

Xüsusilə qanda şəkərin səviyyəsinin tarazlanmasına kömək edir. Şəkər xəstələri tərəfindən istehlak edilməsi təklif edilir və arıqlamaq istəyənlər üçün maddələr mübadiləsini sürətləndirməsi ilə məşhurdur. Tərkibində olan lif sayəsində qəbizlik problemini də həll edir.

Yer almasının faydaları:

Maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.

Tərkibində saxladığı enilin maddəsi ilə qəbizliyə mane olur.

Enilin həmçinin xərçəng, sümük əriməsi, şəkər kimi xəstəliklərin riskini azaldır və bu sahələrdə narahatlıqların önlənməsini təmin edir.

Saç sağlamlığına da olduqca yaxşı təsir edir.

İmmun sistemini gücləndirici təsiri ilə bilinən yer almasının qış aylarında istehlak edilməsi təklif edilir.

Xərçəngi önləyici təsirinə görə mütəxəssislər tərəfindən bol miqdarda qəbul edilməsi tövsiyə edilir.

Tərkibində bol miqdarda dəmir var.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.