Maraqlı

Balığın pak olması üçün onu xüsusi şəkildə öldürmək lazımdır?

1 Dekabr 2018 23:45
0 Şərh     Baxış: 4 280
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hər şeydən əvvəl qeyd edək ki, cəfəri məzhəbinə görə yalnız pulcuğu olan balıqları yeməyə icazə verilir, pulcuqsuz balıqları yemək haramdır. Əhli-sünnədə isə sudan şəriət qaydaları ilə tutulan bütün balıqları yeməyə icazə verilir. Balığın tutulma və öldürülmə qaydalarına gəlincə, bunun xırdalıqları dini kitablarda yazılıb. Əsas olan budur ki, balıq sudan diri halda çıxarılsın və kənarda ölsün, yəni suda ölməsin. Amma balıqçı toruna düşüb suda ölən balıq halal sayılır. Dalğaların sahilə atdığı balıq öz-özünə ölsə, onu yemək haramdır; ölməzdən qabaq adam onu tapıb götürsə və adamın əlində can versə, bu halda halaldır, çünki bu da ov hökmündədir. Sudan çıxarılmış balığı hər hansı üsulla öldürmək icazəlidir. Belə ki, balığı sudan çıxarıb quruda saxlamaqla özü can verib ölsə, onu yemək icazəlidir. Eləcə də, balığı bərk əşya ilə vurmaq, yerə çırpmaq, bıçaqla kəsmək vasitəsilə öldürsələr, əti halaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.