Maraqlı

"Çirkin ördək" deyib ələ salınan qız gözəllik kraliçası oldu - FOTO

23 Oktyabr 2018 15:44
0 Şərh     Baxış: 4 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məktəbdə görünüşünə görə ələ salınan qız gözəllik kraliçası olub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, məktəbdə sinif yoldaşlarının "çirkin ördək balası" deyib, lağ etdikləri Joanna Joseph arıqladıqdan sonra tamamilə dəyişib.

Başqa birinə bənzəyən Joanna bu il Hindistanda keçirilən gözəllik müsabiqəsində ikinci yeri tutub.

Malaziyada doğulub Hindistanda yaşayan Joanna "Miss Selangor" müsabiqəsinin qalibi olub.

"7 yaşım olanda 60 kilo idim. Dostum yox idi. Hamı məni ələ salırdı. Sinif yoldaşlarım mənə "çirkin ördək balası" deyirdilər. 16 yaşım olanda arıqlamaq qərarına gəldim. İdman etmək əvəzinə evimizin yaxınlığındakı tarlada saatlarla qaçdım. Sağlam qidalanmağa başladım.

Arıqlamağımı da lağa qoyanlar var idi. Bəziləri düşünürdü ki, mən narkotik maddədən istifadə etdiyimə görə sürətlə arıqlayıram.

Hazırda əldə etdiyim zirvəyə çıxmaq üçün çox şeyi fəda etmişəm. Ətrafdakıların nə dedikləri vecimə deyil".

Milli.Az onun fotolarını təqdim edir:

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.