“Coca-Cola”nın tərkibi haqqında araşdırma - Biz nə içirik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1893-cü ilin yanvarın 31-də Aza Qriqqs Kendler adlı sahibkar "Coca-Cola" əmtəə nişanını qeydiyyatdan keçirir.
122 il ərzində bu içkinin tərkibi kifayət qədər dəyişib. İlk "Coca-Cola" Con Stit Pemberton tərəfindən 1886-cı ildə icad edilən və əczaxanələrdə morfinizm, əsəbi gərginlik, depressiya və həzm problemi ilə bağlı dərman vasitəsi kimi cövhər şəklində satılırdı. Onun tərkibi koka yarpaqları və tərkibində kofein olan kola qozasından ibarət idi.
XIX əsrin sonlarında kokainin zərəri aşkarlandıqdan sonra 1903-cü ildə kokain içkinin tərkibindən çıxarılır. Dövrümüzə qədər "Coca-Cola"nın əsl tərkibi sirr olaraq saxlanılır. Sadəcə məlumdur ki, onun tərkibinə şəkər, şəkər rəngləndiricisi, fosfor turşusu, kofein, təbii aromatizatorlar və karbondioksitdən ibarətdir.
Dünyanın ən bahalı brendlərindən biri olan "Coca-Cola" dəfələrlə tənqidlərə məruz qalıb.
Görəsən "Coca-Cola" həqiqətən də alkoqol və tütün qədər zərərlidirmi? Aşağıda kola ilə bağlı dünya mətbuatında dərc olunan elmi araşdırmalar, onun insan orqanizmi üçün təsiri ilə bağlı məlumatlardan bəzilərini təqdim edirik:
Piylənmə, qaraciyərin piylənməsi, həzm sisteminin pozulması
Çoxsaylı araşdırmalara görə, müasir dövrün ən təhlükəli epidemiyası - piylənmədir. Bunun əsas səbəbi hamburger və qızardılmış kartof deyil, qazlı şirin içkilərdir. ABŞ-ın Penninqton bioloji Tibb Mərkəzinin professorlarının araşdırmalarına görə, hər gün qəbul edilən 1 litr şirin qazlı içki altı ay ərzində həzm sisteminin pozulmasına, ürək-damar xəstəliklərinə, qaraçiyərin piylənməsinə və diabetin yaranmasına yol açır.
Böyrək xəstəlikləri
İtaliya və ABŞ alimlərinin birgə araşdırmalarına görə, "Coca-Cola"nı hər gün qəbul edənlərin böyrəklərində daş əmələ gəlmə riski 23% çoxdur. Həmçinin digər şirin qazlaşdırılmış içkiləri qəbul edənlərdə bunun yaranma riski 33%-a bərabərdir. 8 il ərzində aparılmış tədqiqatlar əsasında 194 095 nəfərdən 4462-ində sidik kisəsində daş əmələ gəlməsi aşkarlanıb.
Coca-Colanın qəbulu bədəndən kalsiumun xaric olmasına səbəb olur. Yaponiyanın Hirosaki Universitetinin alimləri araşdırıb ki, "Coca-Cola"nın qəbulundən 2 saat sonra sidikdə kalsiumun miqdarı artıb.
Hipokalimiya (qanda kaliumun azalması)
Yunanınstanın Tibb Məktəbinin alimlərinin araşdırmalarına görə, "Coca-Cola"nın çoxlu sayda qəbulu hipokalimiyaya yol aça bilər. Bu, yüngül formada halsızlıq, yorğunluq və əzələ ağrıları ilə özünü göstərir. Ağır formada isə ürək və skelet əzələlərinin iflicinə yol aça bilir.
Cinsiyyət orqanlarının həddindən artıq fəallığı
Harvard Tibb Məktəbi alimlərinin araşdırmalarına görə, qazlı şirin içkilərin qəbulu qızlarda erkən cinsi yetişkinliyə səbəb olur. Qadınlarda cinsi hormon estogenlərin həddindən artıq ifrazı süd vəzi xərçəngi, yumurtalıqların xərçəngi və digər ağır xəstəliklərə səbəb olur.
Dişlərin sağlamlığı
British Dental Journal-ın dərc etdiyi məlumatlara əsasən, yüksək turşuluqlu içkilər dişlərdə mina təbəqəsinin eroziyasına səbəb olur. Dişlərin bu cür zədələnməsi kariyeslə əlaqədar deyil - burada dişlərin mina təbəqəsi zədələnir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
XƏBƏR LENTİ
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)
-
“Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
-
Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Tovuzda yaşayış binasında yanğın - tüstüdən zəhərlənən var - (Foto)
-
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu





