Pulunuz cibinizdə qalsın: dərinizi evdə gəncləşdirin – YOLLARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gözəl bir dəriyə sahib olmaq və illərə meydan oxumaq hər qadının xəyalıdır. Bu baxımdan məhz dərimiz xarici görünüşümüzün ən mühüm parçasıdır. İstədiyimiz qədər gözəl bir dəri və cizgilərə sahib olaq, ancaq dərimiz sağlam deyilsə, bunun heç bir qiyməti olmaz.
Ən sadə yolu sağlam qidalanmaqdır
Gözəl dəriyə sahib olmağın yolu onu qorumaqdan və baxımdan keçir. Dərinin qırışmaması, sallanmaması və ləkələnməməsi üçün ediləcək nəsnələr əslində çox sadədir. Ən asan yol isə sağlam qidalanmaqdır.
Dəri üçün bədənə lazımlı vitamin, mineral, antioksidan və protein qəbulu şərtdir. Buna görə öz balansında ət, süd məhsulları və çərəzlər yemək, qidalanmada meyvə, tərəvəz və paxlalılara yer vermək lazımdır. Onu da unutmayın ki, yüksək karbohidratlı qidalar dərini yaşlandırır, qırışdırır, sallanmasına səbəb olur. Buna görə xəmir işi və şəkərli qidalardan uzaq durun.
Erkən yaşda dəridəki sallanma və üz ovalının pozulmasının ən əsas səbəblərindən biri isə kökəlib arıqlamaqdır. Buna görə kökəlməməyə çalışın.
Qırışmanın ən əsas səbəbi günəşdir
Üz dərisinin qırışmasının ən vacib digər səbəbi isə günəşdir. Təəssüf ki, sadəcə yayda deyil, qışda da pəncərənin arxasında otağa saçan günəş şüaları bizi yaşlandırır. Yay, ya qış demədən bayıra çıxarkən ən az 30 qoruyucu faktorlu günəş kremi vurmağı unutmayın. Bu arada göz ətrafı və boyun dərisini də günəşdən qorumağa laqeyd yanaşmayın.
Dərimizin ifraz etdiyi yağlar çox sevilməsə də, əslində çox faydalıdır. Misal olaraq, dərinin sebum yağı dəri üçün faydalı olan vitamin, mineral, antioksidan tərkiblidir. Sebum dərini qidalandırır. Sebum az olan bölgələrdə hüceyrə də azdır. Bu kasadlıq gözətrafı, boyun və əllərdə daha çox olduğundan həmin bölgələr daha tez qırışır və sallanır. Bu, eyni zamanda quru dərilərin niyə tez qırışdığını da açıqlayır. Buna görə gözətrafı, əl və boyun bölgələri üçün gənc yaşlardan etibarən zəngin nəmləndirici kremlər istifadə edilməlidir.
Üz qırışması və sallanmasına səbəb olan bir digər səbəb isə üzüstü və ya yan yatmaqdır. Əslində ən ideal yatış forması kürəyi üstə olsa da, bir çox insan bunu bacarmır. Ancaq kürəyi üstə yatmağı vərdiş halına gətirin.
Kök və şiş üzlər daha tez sallanır. Bu cür üzlərə hər səhər masaj edilməlidir. Gözətrafı, alın, orta və alt üz və boyuna içəridən bayıra doğru drenaj masaj etmək dəridə yığılan mayeləri ataraq üzə ağırlıq etməsinə və buna bağlı sallanmasına əngəl olur. Sabahlar üz şişdiyi üçün masajlar erkən saatlarda edilməlidir.
Mətbəxdəki qidalardan faydalanın
Mətbəximiz möcüzələrlə doludur. Bunlardan faydalanmaq lazımdır. Limon, kivi, üzüm, alma, naringi, portağal kimi nə qədər meyvə varsa, duşa girmədən əvvəl dərinizə sürtərək vitamin və antioksidanla dərinizi doldura bilərsiniz.
Ancaq bunu etdikdən sonra dəridə göynəmə, ya qaşınma hiss edilsə, dəri dərhal yuyulmalıdır. Dərisi quru olanlar zeytun yağı, qarğıdalı yağı və üzüm çəyirdəyi yağından faydalana bilərlər. Yulaf və kəpəkdə dərini sakitləşdirən maddələr və B vitamini var. Dərisi həssas olanlar isə yulaf və kəpəyi bir tülbənd içində ilıq suda 10 dəqiqə saxladıqdan sonra tülbəndi sıxsın, sıxılan suyu üzlərinə sürtsünlər. Dəridə 5 dəqiqə saxladıqdan sonra durulasınlar
Pilinq həftədə bir dəfə edilməlidir
Səhərlər dəmlədiyiniz çay artıq qalıbsa, bununla üzünüzü yuyun və sonra su ilə durulayın. Çaydakı maddə şişkinliyi götürür və polifenollarla qidalandırır. Pilinqlə dərini canlandırmaq üçün düyü unu, dərisi həssas olanlar isə yulaf unu götürsünlər. Duş zamanı bu unlardan bir çay qaşığı götürüb üzünüzü ovun və sonra durulayın.
Unutmayın, pilinqi həftədə bir dəfə edin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
XƏBƏR LENTİ
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)





