Maraqlı

Şeyx Şamil hansı təriqətə mənsub olub?

30 Avqust 2018 22:40
14 Şərh     Baxış: 7 102
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şimali Qafqaz xalqlarının XIX əsrdə rus işğalçılarına qarşı azadlıq mübarizəsinin başçısı Şeyx Şamil nəqşbəndiyyə sufi təriqətinə mənsub olmuşdur. Nəqşbəndiyyə ən məşhur sufi təriqətlərindən sayılır. XIV əsrdə yaradılmış bu təriqət uzun müddət müsəlman Şərqinin mədəni-ictimai həyatında mühüm yer tutmuşdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, hal-hazırda da təriqətin Türkiyə, Orta Asiya, Şimali Qafqaz və Azərbaycanda xeyli ardıcılı vardır. Qeyd edək ki, Şeyx Şamilin nəqşbəndiyyə təriqətindəki şeyxlərinin silsiləsində həmyerlimiz Şeyx İsmayıl Kürdəmiri Şirvaninin (1783-1848) də adına rast gəlirik. Belə ki, Şeyx İsmayıl əfəndinin bəzi tələbələri ondan dərs aldıqdan sonra Şimali Qafqaza keçmiş və orada təbliğatla məşğul olmuşdular. Bu dəstədən olan Molla Məhəmməd Yaraqlı və Cəmaləddin Qazıqumuqlu Şeyx Şamilə təriqət yolunda ustadlıq etmişlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.