Malazgird döyüşü: dünya tarixində bir dönüş - Anadolu həmişəlik türk torpağına çevrildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sultan I Toğruldan sonra hakimiyyətə gəlmiş Alp Arslan (1063-1072) öz sələfinin işini layiqincə davam etdirdi. Onun yürüşlərində əsas məqsəd Anadolunu türk torpaqlarının tərkibinə qatmaq idi. Anadoluya hücum edən qoşunlara Afşin, Sunduk, Əhmədşah, Türkmən, Savtəkin, Aytəkin kimi cəsur sərkərdələr başçılıq edirdilər.
Səlcuqlar Sivas, Qeysəriyyə və Konya şəhərlərini, Ərçiş, Əhlət, Malazgird və Mənbiğ qalalarını ələ keçirdilər.
Bizans imperatriçəsi Eydoksiya dövləti idarə etməkdə çətinlik çəkirdi. Ona görə də Bizans əyanları hakimiyyəti daha qüvvətli bir şəxsə verməyi tələb edirdilər. Eydoksiya türklərin hücumlarının qarşısını almağa qadir olan, Bizans torpaqlarını qoruya bilən bir qəhrəman olarsa, həmin şəxsə ərə gedəcəyini bildirdi və bununla da imperatorluğun ona veriləcəyini elan etdi. Bizans sərkərdəsi Roman Diogen bu şərtləri qəbul etdi və 1068-ci ildə imperator elan olundu. Yeni imperator Makedoniya, Trakiya və Yunanıstandan əlavə qüvvələr topladı. Bütün Orta və Qərbi Anadoluda əli silah tutan kişilər səfərbər edildi. Rumelidə yaşayan oğuz və peçeneqlər də orduya cəlb olundular. Artmaqda olan türk təhlükəsindən narahat olan bir sıra Avropa dövlətləri Bizansa kömək göndərdilər.
Diogenin ordusu Ərzurum istmaqmətində hərəkət edərək Malazgirdi ələ keçirdi. Səlcuq qüvvələrinin komandanı Əmir Sunduk Bizans qoşunlarına hücum edərək, onları məğlub etdi. Bizansın zəfər nişanı olan "Böyük qızıl xaç" hərbi qənimət kimi ələ keçirildi və Alp Arslana göndərildi.
Bizans qoşunlarının Cənubi Qafqaz, o cümlədən, Azərbaycan istiqamətində hücum xəbəri Alp Arslanı Suriyadan geri dönməyə məcbur etdi. Vaxt qazanmaq və ordu toplamaq üçün Alp Arslan Bizans sarayına elçilər heyətini göndərərək, öz barışıq şərtlərini təklif etdi. Lakin Diogen bu təklifi rədd etdi. Düşmənin hücumunun qələbə ilə nəticələnəcəyindən ehtiyat edən Alp Arslan özü hücuma keçməyi qərara aldı.
Malazgird döyüşü 1071-ci il avqustun 26-da başlandı. Bizans ordusundakı oğuzlar və peçeneqlər qarşıdakı ordunun soydaşlarından ibarət olduğunu anlayıb səlcuqların tərəfinə keçdilər. Diogen əsir düşdü. Alp Arslan onu bağışladı və 50 il müddətinə sülh müqaviləsi bağladı. Müqaviləyə görə Bizans hər il səlcuqlara vergi verməli, lazım gəldikdə hərbi yardım göstərməli idi. Şərqi Anadolu torpaqları türklərə verildi.
Malazgird döyüşü dünya tarixində bir dönüş oldu. Bizansın və erməni-gürcü feodallarının mövqeləri sarsıldı. Anadolu həmişəlik türk torpağına çevrildi. Bizansın əsas dayağı olan Kiçik Asiyanın fəthi bu dövlətin zəifləməsində və gələcəkdə dağılmasında böyük rol oynadı. Bağdad xəlifəsi bu böyük qələbə münasibətilə Alp Arslanı "Ərəb və Əcəm hökmdarı", "Müsəlmanların xilaskarı" və "İslamın nuru" adlandırdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Mixək çayının yaddaşa faydası
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var





