Keşniş kərəvizkimilər fəsiləsinə aid olan bitki növlərindəndir. Keşnişin bir çox növləri var. Azərbaycan mətbəxində isə əsasən əkin keşnişindən istifadə edilir. Əkin keşnişi birillik ot bitkisi olub nazik saplaqlara və kərəviz yarpaqlarına bənzəyən yarpaqlara sahib olur. Onun yetişmə dövrü sona çatana yaxın çiçək açır və çiçəkləri toxumlayır. Keşnişin toxumları ağ və açıq çəhrayı rənglərdə olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, keşnişin xüsusi qoxusu onun mətbəxlərdən əskik olmamasına səbəb olur. Keşnişin yarpaqlarından və toxumlarından geniş istifadə edilir. Onun toxumları kulinariyada əvəzolunmaz ədviyyatlardan hesab edilir. Ondan yeməkləri, salatları dadlandırmaq məqsədilə geniş istifadə edilir. Keşniş yeməklərin yanında ən çox yeyilən göyərtilərdəndir. Keşnişin hündürlüyü onun becərilməsindən asılı olaraq 40-70 santimetrə qədər qalxa bilir. Bu qədər böyümüş keşnişin isə yanlız toxumlarından istifadə edilir. Keşnişin vətəni Aralıq dənizi ölkələri hesab edilir. İndi bir çox ölkələrdə onun becəriulməsi ilə məşğul olurlar. Azərbaycanın da iqlimi keşnişin becərilməsi üçün faydalı hesab edildiyindən demək olar ki, əksər həyətyanı sahələrdə onun becərilməsi ilə məşğul olurlar.
Keşnişdə 1% efir yağı, 10% yağ turşuları, 16%-ə qədər zülal maddələri var. Keşnişin tərkibində olan efir yağı onun xüsusi qoxuya malik olmasına səbəb olur. Keşnişin tərkibindəki efir yağları ətrafa antiseptik təsir göstərir. Buna səbəb isə onun yarpaqlarının tərkibində pektin, alkoloid, nişasta, zülallar, keşnişə xas olan steroid birləşmələr, sterin, askorbin turşusu, təbii turşular, şəkər(saxaroza, fruktoza, qlükoza), rutin, polifenol maddələr və s. olmasıdır. Onun tərkibinin 60%-ni linalol təşkil edir. Keşnişin tərkibində olan linaloolun miqdarı isə onun yetişdirildiyi hava şəraitindən asılı olaraq arta və azala bilir. Bu maddənin miqdarı əsasən günəş işığı düşməyən bölgələrdə ( Sibir və s.) yetişdirilən zaman aşağı olur. Keşniş toxumundan iştahaçıcı və həzm prosesini normallaşdırmaq məqsədilə istifadə edilir. Qədim zamanlarda onun toxumlarının ölümsüzlüyə səbəb olması barədə inanclar mövcud olub. Keşniş ödqovucu xüsusiyyətə malikdir. Onun toxumlarının bəlğəmgətirici, babasil əleyhinə, yarasağaldıcı təsirləri vardır.
Babasil əleyhinə və ödqovucu məqsədlə keşniş toxumu, solmazçiçək və nanə tərkibli çayın içilməsi xəstəliyin əlamətlərini aradan qaldırır. Qədim Misirdə keşnişin faydalarından çox istifadə olunub. Bunu orada arxeoloji qazıntılar aparan arxeloqlar söyləyir.
Keşniş toxumlarından kosmetologiya və parfümeriya sahəsində də geniş istifadə olunur. Onun ətri bənövşə, qızılgül, berqamot, zambaq, limon kimi bitkilərin ətri ilə eyni sırada tutulur. Keşnişdən alınan efir yağlarından sabunların hazırlanması və tekstil sənayesində istifadə edilir.
Tibbdə istifadəsi
Tibbdə keşnişdən həzmi normallşdırıcı və ödqovucu məqsədlə istifadə edilir. Onun toxumundan qastritlər, onikibarmaq , bağırsaq xəsrəlikləri zamanı antiseptik və ağrıkəsici kimi istifadə edilir.
Keşniş toxumundan alınan efir yağı - linalool yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı damcı şəklində istifadə edilir. Keşnişin efir yağlarından(aldehid sitral) müxtəlif göz xəstəliklərində( konyuktvitdə, qlaukomada) istifadə edilir.
Keşnişin zərərləri
Elmdə keşnişin zərərləri barədə heç bir məlumat yoxdur.
Yanlız keşnişin tərkibində olanlara qarşı allergiyası olan adamlar onu yeyərkən diqqətli olmalıdırlar.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Keşniş haqqında
2 İyun 2018 19:50
0 Şərh
Baxış: 11 491

DİGƏR XƏBƏRLƏR
-
Sevgi, simpatiya yoxsa sadəcə həyəcan? – Aşiq olmağın əlamətləri
-
Cennifer məşq zamanı yaralandı - FOTO
-
"Qızıma görə qorxuram, ölkəm 10 il əvvəlki kimi deyil" - FOTO
-
"iPad" istifadəçilərinin sahib olacağı daha bir ÜSTÜNLÜK
-
Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz
-
Yayda həşəratlara qarşı təbii həll - Bu bitkini yandırmaq kifayətdir
XƏBƏR LENTİ
-
Sevgi, simpatiya yoxsa sadəcə həyəcan? – Aşiq olmağın əlamətləri
-
REAL ID: Yeni şəxsiyyət vəsiqəsi bizə nə verir?
-
Cennifer məşq zamanı yaralandı - FOTO
-
"Qızıma görə qorxuram, ölkəm 10 il əvvəlki kimi deyil" - FOTO
-
"iPad" istifadəçilərinin sahib olacağı daha bir ÜSTÜNLÜK
-
Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz
-
Yayda həşəratlara qarşı təbii həll - Bu bitkini yandırmaq kifayətdir
-
Hamilələr bu meyvədən uzaq dursun
-
Peşə təhsili ilə bağlı statistika və proqnozlar: Əmək bazarını qane edir?
-
Ukraynanı Rusiya ilə danışıqlarda onlar təmsil edəcək
-
“Bütün cavablar Moskvadadır” - Zelenski
-
Putin Ukrayna ilə danışıqlar üçün onları göndərir
-
"Çox əziyyət çəkdim" - Mətanət İsgəndərlinin qızı - VİDEO
-
Zelenski Nəriman Cəlalovu Ukraynanın Türkiyədəki səfiri təyin etdi
-
Günün qoroskopu: mühüm qərarlar verməkdən çəkinin, əlverişli zaman deyil
-
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
-
Uruqvayda 3 günlük matəm elan edildi
-
Türkiyədə daha bir sənaye nəhəngi iflas etdi - Yüzlərlə işçi işsiz qaldı
-
Azərbaycana belə təşəkkür etdilər - FOTO
-
Mənzil bazarında qiymət enəcək?
-
Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti tapıldı - yenilənib - FOTO
-
Azərbaycanda ali məktəbdə ilk
-
Ən acıdil 4 bürc: hər yerdə qüsur axtarırlar
-
Maşınına od vuran hərbçi danışdı - VİDEO