Maraqlı

“Avicii”nin intihar məktubu tapıldı - FOTO

26 Aprel 2018 22:42
0 Şərh     Baxış: 1 756
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məşhur İsveçli dicey Tim Berqlinq (səhnə adı "Avicii") intihar edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  bu barədə "The Sun" musiqiçinin ailə üzvlərinə istinadən məlumat yayıb.

Berlinqin ailəsi bildirib ki, o ölümündən qabaq məktub yazıb.

"Bizim əziz Tim çox incə qəlbli bir sənətkar idi, mövcudluqla bağlı suallara cavab axtarırdı...Xoşbəxt olmaq və sevdiyi işlə, xüsusilə musiqi ilə məşğul olmaq üçün öz həyatında tarazlıq tapmağa çalışırdı. O, həyat və xoşbəxtliyin mənası haqqında düşüncələrlə yaşayırdı. Daha (yaşamağa) davam edə bilmirdi", - deyə diceyin ailə üzvü bildirib.

Qeyd edək ki, "Qremmi" mükafatına namizəd olan, EDM janrının ulduzu Tim Berqlinq aprelin 20-də Omanda keçirdiyi məzuniyyət zamanı dünyasını dəyişib. Sonradan KİV-də onun səhhəti ilə bağlı problemlərin olduğu, pankreatitdən əziyyət çəkdiyi haqqında xəbərlər yayılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.