Maraqlı

"Telegram"da minlərlə istifadəçini soydular

29 Mart 2018 21:31
0 Şərh     Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Virtual dələduzlar "Telegram" messencerinin fəaliyyətində baş vermiş irimiqyaslı pozuntudan sui-istifadə edərək Pavel Durov adından istifadəçilərdən 32 min dollara yaxın vəsaiti talan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Group-IB" kiber-təhlükəsizlik şirkətinin pres-relizində deyilir.

İstifadəçilər "Telegrama" daxil ola bilməyən vaxt, virtual dələduzlar "Twitter"də Durovun akkauntunu kopyalayan hesab yaradıb.  Sonradan onun adından ismarıc yayaraq, üzrxahlıq jesti olaraq istifadəçiləri kriptovalyutaların lotereyasında iştirak etməyə dəvət ediblər.

Tvitin populyarlaşması üçün kibercinayətkarlar Pavel Durovun verifikasiya olunmuş profilinə xatırlama verib.

Qoşma şəklində əlavə olunmuş link, istifadəçini "məğlubiyyətsiz lotereyanın" saytına yönləndirib.

Ekspertlərin hesablamalarına görə, bir neçə saat ərzində istifadəçilər özləri də bilmədən dələduzları 31,876 min dollar məbləğində zənginləşdirib.  Çoxları bu sxemin başında Durovun dayandığını sanaraq onu məsuliyyətə cəlb etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.