Maraqlı

Kiçik sərmayə ilə hansı biznesi qurmaq olar?

14 Mart 2018 23:10
16 Şərh     Baxış: 177 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vəsaitiniz azdır, lakin biznesdə özünüzü sınamaq istəyirsiniz?
Əgər sizin ciddi biznesə başlamaq üçün 100000 manat pulunuz yoxdursa, amma özünüzə çox inanırsınızsa, aşağıdakı sahələrdən birində özünüzü sınaya bilərsiniz. Suallarınız olsa, şərhlərdə bildirin. Kim bilir, bəlkə sabahın uğurlu bizneslərindən biri yarandı?

kicik biznes qurmagin yollari, en yaxsi biznes, biznes ideyalari, biznes ideyalari kataloqu, evde biznes qurmaq, xirda biznes, biznes plan numunesi, evde is qurmaq olar

Qalereya açmaq
Milli.Az bizplus.az-a istinadən bildirir ki, istəsəniz lap evdə də aça bilərsiniz. Rəssamlardan, təkəlduzçulardan, xalçaçılardan əsərlərini öz evinizdə (icarə etdiyiniz böyük zalda) sərgidə göstərin. Alınan əsərlərdən bir qədər komissiya tutun.Vəssalam.

Kalliqrafiya
Bu işin sənətkarı olun,bəsdir. Ad günlərində hüsnxətlə bir əşyanın üzərində yazmaq-əla biznesdir. Müştərilərin çoxu dindar olacaq, ərəb əlifbasını və islamı da öyrənmək lazımdır.

Macəra turizmi
Böyük imkanlar var.2 yolu var: ya turizm kompaniyalarının təkliflərini satmaq ya da müstəqil turlar təşkil etmək. Özəllik ondadır ki, siz xaricdə oteldə qalmaq kimi turizm şirkətlərinin standart xidmətini təklif etmirsiz. Əvəzində Amazon meşələrində qrup gəzintisi, ekstremal safari, Antarktidada 1 həftə qalmaq və s. paketi satırsınız.

Kopirayter
Çox sahibkarların ya biliyi,ya vaxtı olmur ki,reklam elanları yazsın.Bacarığınız varsa, işləyin bu sahədə.

Reklam suvenirləri satmaq
İndi çox kompaniyalar suvenir marketinq materialları (qələm,karandaş,stolüstü elan,poster və s.) işlədir.Belə şeylər istehsal etməklə (satmaqla) siz sahibkarlara kömək edərsiniz,onlar da sizlərə (təbii ki,pul formasında)

Raritet və nadir kitablar satışı üzrə agent
Əgər yaxşı təşkil etsəniz (köhnə jurnalları,qəzet və kitablar tapa bilsəniz), pul götürmək olar.Bakıda köhnə kitabları tapmaq indi çox çətin məsələdir.

Elektrocihazların təmiri
Başım çıxsaydı elə bu dəqiqə bir firma açıb ətrafıma yaxşı ustalar da yığıb başlayardım pul qazanmağa.Müasir dövrdə Bakıda belə şeyə böyük tələb var. Elektrik üzqırxanı, tozsoran, soyuducu təmiri üçün rəsmi servis mərkəzlərindən başqa da alternativlər olmalıdır.

Memar
Yaxşı təhsil+kompüterdə qrafik proqramları yaxşı bilmək=yaxşı memar. Bacarıqlı memar indi çox pul qazana bilər.

İncəsənət üzrə konsultant
Tutaq kimsə rəsm əsəri almaq,evini özünəməxsus şəkildə təmir etdirmək istəyir. Kimə müraciət etməli? Əlbəttə ki,bu işi seçmiş peşəkarlara.

Velosiped və motosikl təmiri
Sırf bu işlə ixtisaslaşın və şəhərdə ad çıxarın. Sonrası barədə fikirləşməyə ehtiyac yoxdur.

Bağça açmaq
Heç demirəm özəl kompleks açın. Evinizdə qonşu binaların,blokların uşağını saxlayın. Evə bir az oyuncaq-zad tökün,düzələcək. Uşaqlar çox da əziyyət vermir,inanın. Böyüklərlə əlləşməkdənsə,uşaqlara nağıl danışmaq yaxşıdır.

Tort hazırlamaq
İnternetdən çoxlu orijinal reseptlər tapın (biz də sizə kömək edə bilərik),dadlı və unikal tortlarla ad çıxarın.

Xalçaların təmizlənməsi və yuyulması
Əlavə xidmət kimi yorğan-döşəklə bağlı xidmətlər də göstərə bilərsiniz.

Uşaqlara kompüter kursları
Valideynlərin nə vaxtı,nə də biliyi olmur ki,uşaqlarına kompüter savadı öyrətsin. Siz öyrədin onda!

Xalq sənətkarlıq məhsulları satışı üzrə agent
Turistlərin,xaricə qonaq gedənlərin,kiməsə hədiyyə alanlara belə agentlər çox lazımlı olur.

Yeni bir xidmət:qocalara servis! Həmişə uşaqlara baxmaq üçün dayə axtarılır.Siz isə sırf qocalara baxmaq üçün bu servisi təşkil edin. Çox gənc ailələr var ki,işlədiklərindən və uzaq olduqlarından yaşlı valideynlərə baxa bilmir. Siz kömək edin. Həm pul qazanın,həm də savab.

Ev heyvanları üçün evcik hazırlamaq
Çox nadir işdir. İri ovçarka və ya dağ siçanı-fərqi yoxdur,siz sifariş olunan cür evciklər hazırlayırsınız.

Ev-nəşriyyat sistemi
Lazımdır: yaxşı rəngli printer,skaner,müasir kompüter,çoxlu qrafik proqramlar,kompüteri yaxşı bilmək bacarığı. Sifarişlərdən asılı olaraq yaxşı pul qazanmaq olar.

Kinoloq və ya  ev heyvanlarının instruktajı üzrə mütəxəssis.

Ərzaq çatdırma xidməti
Müştərilər istədikləri xörəkləri restoranda sifariş edir və ya bazarda istədiklərini tapşıır,siz isə əlavə muzdla onu çatdırırsınız. Motosikl və avtomobiliniz olsa,təchizatçılar ilə yaxşı əlaqə qura bilsənniz, çox gəlıirli bir biznesdə ola bilərsiniz.

Mebel təmiri
Əvvəlcə sadəcə təmirlə məşğul olun. Əlinizə pul gəldikdən sonra əsas məsələyə keçin-işlənmiş mebeli ucuz alın,onu ilkin vəziyyətə gətirin və baha qiymətə satın. Alıcı çox olacaq. Çünki mebel salonundan almaqdansa,ucuz qiymətə sizdən almaq onlara sərf edər.Bu sahədən başınız çıxması məsləhətdir.Yaxşı ustalar olsa və işlənmiş mebelin alqı-satqısını təkmil təşkil etsəniz,müvəffəqiyyət qazanmaq olar.

Bağların dizaynı
Çox varlı insanlar, eləcə də hökümət strukturları süni landşaft qurmaq üçün xeyli pul ödəməyə hazırdır.

Usta briqadası
Deşilmiş su borusunu təmir edə,otağı tez bir zamanda rəngləyə,xarab olmuş su kranınını saz vəziyyətə gətirə bilirsinizsə,niyə biznes qurmayasınız? Əlimyandıda olan insan ona kömək edənə istənilən pulu verməyə hazırdır. Çalışın özünüzü təcili və operativ işləyən ustalar kimi tanıdasınız.Sizinlə kontakt üçün sadə saytınız olsa,lap super olar.Xarici firmaların ofislərindən tutmuş şəhərkənarı villaların zəngin sahiblərinədək çoxları məişətdə çətin duruma düşür.Bundan istifadə edin!

İmic üzrə konsultant və ya stil-menecer
Düzdür,nəsə geyim alanda biz çox vaxt satıcı ilə məsləhətləşirik.Amma məlumdur ki,satıcı mağasının xeyrini güdür,dolayısıyla sizəhansısa kostyumu satmaqla maraqlıdır. Bəzən insanlar elə bir ekspertin xidmətinə kömək duyurlar ki,onlara düzgün geyim seçsin,saç düzümünə yenilik versin,ona bir çox məsləhətlər versin. Bu barədə çox oxuyun,çox öyrənin və elə edin ki,imicmeyker kimi özünüzü tanıda biləsiniz. Müştəri bazasının yığılmasında və reklamda qabaqcıl internet-maqazin sizə kömək edər.

Şəxsi camaşırxana
Xərc tələb edir, amma tez öz xərcini çıxardır. Yeni tikilmiş binaların yanında bu tip obyekt açılsa, dahaeffektiv olar.

Frilanser-jurnalist
İndi çox saytlara,jurnallara kontent doldurucuları-məqalə yazanlar tələb olunur.Müəyyən bir sahə üzrə ixtisaslaşsanız(məsələn,tibb) frilanser xidmətini göstərən saytlarda aktiv iştirak etsəniz,mətbuat işçiləri ilə əlaqələr qura bilsəniz işə başlaya bilərsiniz.İngilis dilini mükəmməl bilməyiniz tələb olunur.Sifariş olunacaq məqalələrin çoxu bu dildədir.Belə fəaliyyətə rus dilini bilmədən başlamağı məsləhət görməzdim.Bu dildə çoxlu ədəiyyat və İnternetdə informasiya bolluğu var.Bir qədər təcrübə qazandıqdan sonra həmkarlarınız ilə qrup da təşkil edə bilərsiniz.

Biznes ideyası olan tələbə nə etməlidir?
Sizə xəyali belə bir qrupu təsvir edim. Belə frilanser qrup 5 nəfərdən ibarətdir.Hamısı ingilis dilində kontent yığır. Amma sifarişlərər görə Əhməd türk və bacısı Sevinc ərəb və ivrit(bu dillər yaxındır),Vladimir rus və alman,Henrix alman və fransız,Əlcəzairli Hüseyn isə ərəb və fransız dillərində yaza bilir.

Burada bölgü elə aparılır ki,alman dilində sifariş çox olanda(təbii ki,sifarişçi nəticəni tez almaq istəyir) Henrix Vladimirə də xəbər verir və ya ərəb ölkələrində ərzaq satan fransız şirkəti Hüseynə sifariş verəndə,o işə Sevinci də cəlb edir. Bu 5 nəfər ən çox tələb olunan dillərdə məqalə yazmaq üçün birləşib İnternet vasitəsilə əlaqə saxlamaqla,yaxşı işləyə bilərlər. Həm də burada bir nəfər digərinin işini yoxlayıb gözdən qaçan səhvləri də düzəldə  bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.