Qumarbaz, Stalinin atası yoxsa, sadəcə səyahətçi? - NAMƏLUM PRJEVALSKİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarixdə bu gün 1 noyabr 1988-ci ildə, səyahətçi, tədqiqatçı, coğrafiyaçı Nikolay Mixailoviç Prjevalski 49 yaşında dünyasını dəyişib.
Onun haqqında əksəriyyətə yalnız bu məlumdur ki, o, Mərkəzi Asiya ekspedisiyalına başçılıq edib. Lakin onun tərcümeyi-halında başqa daha maraqlı faktlar da var. Məsələn, birinci ekspedisiya üçün lazım olan vəsaiti o, kartda udmuşdu. Eyni zamanda o da bildirirlir ki, səyahətlərin bir hədəfi də hərbi kəşfiyyat idi. Polşa jurnalistləri hətta fərziyyə irəli sürmüşdülər ki, o, Stalinin əsl atası idi.
Milli.Az naməlum Prjevalski haqqında bəzi maraqlı məqamları dəyərli tarix oxucularının diqqətinə çatdırır.
Bir vaxt Nikolay Prjevalski kart oyununa aludə olmuşdu. Yaxşı vizual yaddaşı ona, tez-tez oyunda müvəffəqiyyət gətirirdi. Bundan başqa, qumarın əsas qaydalarından birinə çox ciddi riayət edirdi: heç vaxt özü ilə 500 rubldan çox pul götürməmək və həmişə 1000 rubl udan kimi oyunu tərk etmək.
Mərkəzi Asiyaya birinci ekspedisiyası üçün lazım olan pulu o, məhz kartda udmuşdu. Coğrafi cəmiyyət üçün Prjevalski yeni ad idi və arzusu üçün başqa üsulla vəsait tapmaq imkanı yox idi. Uduşun məbləği kifayət qədər böyük olur - 12 min rubl. Prjevalski bundan sonra özünə vəd verdi ki, daha heç vaxt pulla oynamayacaq.
1870-1873-cü illərin ekspedisiyasında Prjevalski Monqolustanı, Çini və Tibeti tədqiq etdi və aydınlaşdırdı ki, Qobi əvvəl hesab edildiyi kimi hündürlük deyil, təpəli relyefə malik çökəklikdir və Nanşan da dağ silsiləsi deyil, dağ sistemidir. Həmçinin o, 7 böyük göl və Beyşan yaylasını kəşf etdi. Nəticədə, bu ekspedisiya ona dünya şöhrəti qazandırdı.
30 yaşında Prjevalski artıq məşhur alim və qibtə oyadan adaxlı namizədi idi, lakin nikah zəncirlərini o, "könüllü ilmə" adlandırırdı və hesab edirdi ki, azadlıqla yüz qat daha xoşbəxt olacaq. Böyük səyahətçi beləcə ömrünün sonuna kimi subay qaldı.
Elmi-tədqiqat məsələlərindən başqa, Prjevalskinin ekspedisiyaları hərbi kəşfiyyat xarakteri də daşıyırdı. Hərçənd səyahətçinin özü üçün elm həmişə birinci planda qalırdı, o, həm də Rusiya ordusunun zabiti idi. Faktlar sübut edir ki, Prjevalski əsl kəşfiyyatçı idi və yalnız elm üçün deyil, həm də Baş qərargah üçün informasiya yığırdı.
Nikolay Prjevalskinin adı ilə bağlı ən maraqlı versiya 1939-cu ildə meydana çıxdı. O vaxt Polşa qəzetində məlumat yayıldı ki, məşhur səyahətçi əslində Stalinin atasıdır. 1878-ci ildə guya Prjevalski Gürcüstanda olub və orada 22 yaşlı Yekaterina Cuqaşvili ilə tanış olub, tezliklə onların oğlu İosif doğulub. Bioqraflar dərhal bu faktları təkzib etdilər: "bu zaman tədqiqatçı Çində idi" mühakiməsi ilə.
1888-ci ildə Prjevalski ən böyük ekspedisiyanı yaradır, hansı ki, 2 il davam etməli idi. Amma ağır xəstəliyin iki həftəsindən sonra səyahətçi qəflətən dünyasını dəyişir. Yaxın vaxtlara qədər bütün mənbələrdə onun ölüm səbəbi kimi qarın yatalağını göstərirdilər, amma müasir ekspertlər başqa diaqnoz təyin etdilər - limfoqranulematoz. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
-
Oktyabrın ortaları 3 bürc üçün yeni mərhələ başlayır
-
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
-
Yumurta qan şəkərinə necə təsir edir?
-
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
XƏBƏR LENTİ
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Bekhem FİFA prezidenti ola bilər
-
Rusiya Ukraynanın enerji obyektlərini bombalayıb
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
-
"Gəncə" basketbol klubu baş məşqçisi ilə yolları ayırıb
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək





