Hamiləlik üçün ən ideal yaş neçədir? - HƏKİM RƏYİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müxtəlif səbəblərdən dolayı gec ailə quran və ya başqa səbəblərdən dolayı 35 yaşa kimi hamilə qalmayan qadınlar ana olmaq qərarı verəndə çətin bir dönəm yaşayırlar. Çünki həm hamiləliyin yaranmasında, həm də davamında müəyyən problemlər yarana bilər. Ümumiyyətlə, 35 və daha yuxarı yaş ana olmaq üçün çoxmu gecdir? Bu yaşda necə hamilə qalmaq olar? Bunun riskli tərəfləri varmı?
Milli.Az ailem.az-a istinadən qadın xəstəlikləri və doğum üzrə türkiyəli mütəxəssis Evrim Aksoyun bu haqda fikirlərini təqdim edir. Həkim bildirib ki, qadınların yumurtalıq funksiyalarının ən məhsuldar yaş dövrü 20-32 yaş arasıdır: "Qadınların doğuş qabiliyyətinə təsir edəcək hansısa bir problemi olmadığı təqdirdə 35 yaşına qədər rahat bir şəkildə hamilə qala bilər. 20-32 yaş aralığı qadınlar üçün ən məhsuldar və ən təhlükəsiz zamanı əhatə edir. Menstruasiyanın düzənli olduğu bu dönəmlər yumurtlamanın da sağlam olduğunu göstərir".
35 yaşından sonra yumurta rezervlərinin azalması nəticəsində hamilə qala bilmə şansı düşür, 40 yaşından sonra isə bu hal ciddi bir şəkildə azalır. Buna baxmayaraq, gec yaşda ana olanlar da var: "Yaş irəlilədikcə qadının doğuş qabiliyyətinin zəifləməsinə bağlı olaraq hamiləlik böyük risk daşıyır. Buna görə qadınların mümkün qədər doğuş qabiliyyətinin yüksək olduğu dönəmlərdə uşaq sahibi olması vacibdir. Bu,həm sağlamlıq, həm də hamiləlikdə yarana biləcək risklərdən qorunmaq baxımından böyük əhəmiyyət daşıyır. Qadınların fiziologiyası və anatomik quruluşu etibarı ilə hamiləlik üçün ən uyğun dövr 21-30 yaş arası olsa da, dünyada bu yaşdan aşağı və yuxarı xanımların hamiləliyi ilə bağlı bir çox nümunələr var. 40 yaşında olan hər dörd qadından biri sağlıq problemləri olmamasına və mütəmadi cinsi əlaqədə olmasına baxmayaraq hamilə qala bilmir. Hətta qalsa belə, uşaqlıq yolu və yumurtalıq funksiyalarının itirilməsi ilə əlaqədar olaraq embrionun uşaqlıqda inkişaf edə biləcəyi bir şərait olmadığı üçün düşmə, ya da döldə inkişaf problemləri olur. Odur ki, sağlam uşaq dünyaya gətirmək istəyən hər qadın hamiləlik üçün uyğun yaş aralığını bilməlidir".
E.Aksoyun sözlərinə görə, hamiləlik yaşı nə qədər erkən olarsa, uşaqda daun sindromu ehtimalı çox az olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
XƏBƏR LENTİ
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri





