Kaktusa necə qulluq edək? - DÜZGÜN QAYDALAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kaktus bitkisi müxtəlif formalı və tikanları bol bir bitki növüdür. Kaktusa qulluq etmək olduqca asandır və şəraitə dərhal uyğunlaşan bir bitki növüdür. Əgər kaktusa qulluq etməyi bacarmırsınızsa, Milli.Az-ın ailem.az-a istinadən verəcəyi məsləhətlərdən faydalana bilərsiniz.
Qeyd edək ki, kaktus bitkilər arasında yetişdirilməsi ən asan və baxıma ən az ehtiyacı olan bitkilərdən biridir.
Amma kaktusunuzun çiçək açmaması sizin ona qulluq edə bilməməyinizin bariz göstəricisidir. Əgər kaktusunuzun çiçək açmasını istəyirsinizsə, ona öz təbii şəraitini yaratmaq lazımdır. Beləliklə, siz də evinizdə çiçək açan sağlam kaktuslar yetişdirə bilərsiniz.
Kaktusa qulluq necə olmalıdır?
Mühitin temperaturu
Kaktus səhra bitkisi olduğundan istiyə olduqca davamlıdır. Bu səbəblə də kaktusu birbaşa günəş düşən yerə qoyun. Günəşli günlərdə kaktusun günəş görməsinə şərait yaratmanız ona faydalı olacaq.
Sulama
Kaktus bitkisi suya çox ehtiyac duyan bir bitki deyil. Onu sulayan zaman torpağını barmağınızla yoxlaya bilərsiniz. Əgər torpaq həddindən artıq quruyubsa, sulaya bilərsiniz. Kaktusun torpağının çox quruduğu zamanlar adətən qovurucu istilərin olduğu yay fəslidir. Temperaturun yüksək olduğu zamanlarda kaktusunuzu həftədə bir dəfə sulaya bilərsiniz. Ancaq dibçəyin altındakı boşqaba su yığılanda mütləq boşaltmalısınız.
Gübrələmə
Kaktus qışda dincəlir. Bu səbəblə gübrələmə işini adətən yaz aylarında etmək lazımdır. Kaktus bitkisinə qətiyyən heyvan gübrəsi qoymaq olmaz. Əks təqdirdə bitki çürüyər və bir daha özünə gəlməz. Bunun əvəzinə kaktusun torpağına çiçəklər üçün olan vitaminlərdən tökə bilərsiniz. Bu cür vitaminlər çiçəyinizə daha yararlı olacaq.
Kaktusu necə çoxaldaq?
Kaktus bitkisini çoxaldarkən kökündən ayırma formasından istifadə etməlisiniz. Bu formada kaktusu dibçəyindən çıxaran kimi dərhal o biri dibçəyə qoyun. Kökündən ayırmış olduğunuz kaktus digər dibçəkdə dərhal böyüməyə başlayacaq.
Bundan əlavə bitkini çoxaltmaq üçün yaz fəslini seçməlisiniz.
Kaktusu torpağa basdırdıqdan sonra 1-2 gün su verməyin. Köklərinin islaq qalıb çürüməməsi üçün torpağını təmizlədikdən sonra 4-5 gün qurumasını gözləyin.
Bitkini daha çox oksigenlə zəngin şəraitdə saxlamağa çalışın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Acunun komandası İngilətərə Premyer Liqasına vəsiqə qazanıb
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Özgür Özel CHP parlament qrupunun sədri oldu





