Uşağını öldürən analar: onlar hansı xəstəlikdən əziyyət çəkir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ailem.az-a istinadən Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Elşən Mustafayevin doğum sonrası psixoz haqda məqaləsini təqdim edir.
Uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Ancaq bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır. Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi keçirmək, küçəyə çıxmamaq kimi hallarla özünü büruzə verir. Bu zaman ciddi problem yaranır - doğum sonrası psixoz.
Doğum sonrası psixoz - psixi pozuntu olub, nadir rastlanan xəstəliklərdəndir. Doğuşdan 2-4 həftə sonra baş verir. Statistikaya görə, bu xəstəlik dünyaya uşaq gətirən hər min qadından bir-ikisində rast gəlinir. Yuxusuzluq, gərginlik, baş ağrısı, narahatlıqla başlanan vəziyyət, doğulan uşağın onun olmaması fikirləri, uşaqda hansısa xəstəliyin olması düşüncəsi, ona yetərincə qulluq edə bilməmək kimi fikirlər, özünü günahlandırma hissi müşahidə olunur və bu səbəblər sonunda uşağı öldürüb ondan qurtulmaq kimi fikirlərə gətirib çıxarır. Doğum sonrası psixoz yüngül və ağır formada gedə bilər. Əgər bu problem vaxtında aradan qaldırılmasa, gələcəkdə uzun sürən, hətta qarşısı alınmayan problemlərə - ana və uşağın ölümünə gətirib çıxara bilər.
Səbəbləri:
1. Hormonal dəyişiklik, xüsusilə doğuşdan sonra estrogenlərin azalması;
2. Doğuşdan əvvəl psixi pozuntulardan əziyyət çəkmə;
3. Narkotik maddələrdən istifadə;
4. Doğumla bağlı stress.
Doğum sonrası psixozun əsas simptomları:
Maniakal əlamət: Oyanıqlığın artması, sayrışan və ya yüksək qiymətli fikirlərlə xarakteriza olunur;
1. Hallüsinasiya: ən çox eşitmə hallüsinasiyasına rast gəlinir;
2. Şəxsiyyət dəyişikliyi və anormal təfəkkür;
3. Özünü qiymətləndirmənin adekvat olmaması;
4. İştahanın pozulması;
5. Ölüm fikri - bu prosesin ağırlığını göstərir.
Görülən tədbirlər:
Əgər qadında doğum sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməli, psixoterapiya keçməlidir. Belə hallarda antipsixotik dərman maddələri - neyroleptik və antidepressant dərman maddələri verilməlidir.
Anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir. Qadının evdə, yaxud xəstəxanada olmasından asılı olmayaraq, daim yaxınları tərəfindən ciddi dəstək almalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
Günəşdə güclü partlayış baş verib
-
Pezeşkian Azərbaycana dair tapşırıq verdi





