İspaniyanın "Real" (Madrid) klubu və Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo ABŞ-ın Florida ştatındakı Mayami kurortunda istirahətdədir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 31 yaşlı futbolçu məşhur amerikalı fitnes-model Kassandra Devis ilə dincəlir.
Ronaldo otelin hovuzunun kənarında Devis ilə qucaqlaşıb, öpüşüb və reportyorlara əsla əhəmiyyət verməyib.
Kassandra Devis sosial şəbəkələrdə popular fiqurdur. Onun İnstaqram profilinin 500 mindən artıq daimi təqibçisi var.
Milli.Az