Maraqlı

Borc içində üzən adam 10 milyonluq villanı necə alır? - FOTO

11 Aprel 2011 20:16
Baxış: 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, multimilyonçu Qrant Buvi və onun arvadı Antea Törnerin davranışı Britaniyada qalmaqal yaradıb. Obıvatelləri qıcıqlandıran məqam borc içində üzən Buvinin özünə yeni villa almasıdır.

Ailə Surrey qraflığındakı Eşer şəhərində dəyəri 5 milyon funt-sterlinq olan malikanəni satın alıb.
Halbuki Buvinin "Imagine Homes" daşınmaz əmlak agentliyi 2008-ci ildə müflis olub. Şirkətin 200 səhmdarı hələ də pullarını ala bilməyiblər, çünki Buvi rəsmi sənədlərə görə, heç nəyə malik deyil.

İndisə onun satın aldığı malikanənin 2 hektara yaxın həyətyanı ərazisi, şüşə ilə örtülmüş hovuzu və dəbdəbəli dizaynı var.

Bir vaxtlar "tələsməyin, şirkətimin dövriyyəsi 1 milyard funrt-sterlinqə çatacaq" deyən Buvinin borclarının ümumi məbləği 3,5 milyon funt-sterlinqdir.
Onun borclu qaldığı adamlardan biri də 64 yaşlı Kristofer Holkroftdur.

"Buvi yaramaz insan, fırıldaqçı və əllamədir. Ona inandım, şirkətinə 200 min funt yatırdım. Əvəzinə isə İst-Londondakı Kanari Varf səmtində iki dəbdəbəli mənzilimi itirdim. İndisə eşidirəm ki, bu yaramaz bizim pullarımız hesabına özünə villa alıb", - Holkroft deyib.

Milli.Az









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.