Körpənin əmgəyi niyə tez qapanır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmgək valideynləri ən sıx narahat edən mövzulardan biridir. Əmgək nədir, hansı ölçüdə olmalıdır, böyük və ya kiçik olmasına nə zaman təsadüf edilər, normadan qabarıq və ya çökək olmasının klinik əhəmiyyəti varmı?
Milli.Az lent.az-at istinadən bildirir ki, əmgək (fontanel) yan-yana iki kəllə sümüyü arasındakı bağ toxumasıyla örtülmüş yumşaq hissədir. Yenidoğanın altı əmgəyi var, ancaq sıxlıqla ön və arxa əmgək daha çox hiss edilir. Kəllənin böyüməsi beynin böyüməsi ilə əlaqəlidir. Uşağın başı ilk 2 ildə daha sürətlə böyüyür. Ön əmgəyin ölçüsü 0,6-3,6 sm arasında dəyişə bilər. Orta ölçüsü 2 sm-dır. Orta hesabla uşağın 13 ayında bağlanır, amma fərdi olaraq dəyişə bilər. Hətta çox nadir də olsa, 3 aylıq uşaqda tam sağlam halda böyük əmgəkdə bağlanma təsadüf edilə bilər. Arxa əmgək doğumda təxminən 0,5 sm olub, çox zaman ilk 2 ayda bağlanır.
Əmgəyin çox geniş olduğunun və ya gec qapanmasının səbəbləri:
Qığırdaq inkişafındakı problemə bağlı olan axandroplaziya xəstəliyi, anadangəlmə tiroid hormon əskikliyi (konjenital hipotiroid), raxit, Daun sindromu, kəllədaxili təzyiqin artmasına səbəb olan vəziyyətlər (meningit, ensefalit, travma, beyin şişi, beyin qanaması və.s) əmgəyin qapanmasını gecikdirə bilər. Çox zaman sadəcə genetik olar və uşağın inkişafında heç bir problem olmayaraq 2 yaşına qədər uzana bilər.
Əmgəyin darlığına səbəb ola biləcək hallar:
Öncə qeyd edildiyi kimi, ön əmgək bəzən 3 aylıqda belə, bağlana bilər, sadəcə baş çevrəsi həkim tərəfindən aybaay diqqətlə kontrol edilməlidir. Bəzən əmgək açıq olduğu halda müayinədə təyin edilməsi çətinlik törədə bilər. Kraniosinostoz əmgəklərdən bir və ya bir neçəsinin vaxtından öncə bağlanmasından yaranır. Nəticədə baş ölçüsü normadan kiçik qalır, beyin-onurğa beyni mayesinin təzyiqi artır, gözlərdə çəplik, eşitmə problemləri və.s kimi yanaşı problemlər yarana bilir.
Öncə sadə rentgenlə vəziyyətə baxılır, ehtiyac olarsa, beyin anomaliyası olub-olmadığını müəyyən etmək üçün MRG (maqnit rezonans görüntüləmə) edilir.
İshal, qusma kimi çox maye itkisi olan hallarda əmgək çökük ola bilər, beyin-onurğa beyni mayesinin artmasına səbəb ola biləcək hallarda isə qabarıq ola bilər.
Nəfəs alıb vermə, ağlama sırasında əmgəkdə şişmə, kənardan əmgəkdə hiss edilən pulsasiya normaldır. Və nəhayət, əmgək sanıldığı qədər nazik deyil, ciddi travmalar xaricində əmgəyə toxunmaqdan qorxmaq lazım deyil.
Bütün balalarımızın sağlam olması diləyi ilə!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
XƏBƏR LENTİ
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri





