Maraqlı

Nəhəng "qar adam"ları meşədə göründülər - VİDEO - FOTO

3 Oktyabr 2013 11:21
3 Şərh     Baxış: 14 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ABŞ-ın Pensilvaniya ştatındakı Bredford şəhərinin kənarında iki "qar adamı"nın fotoları çəkilib.

Fotoları çəkən turist Con Stounmenin dediyinə görə, ağacların arasında səs-küylə hərəkət edən, nərildəyən məxluqların ayı olduğunu düşünüb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, həmin məxluqların səslərinin gəldiyi yerə yaxınlaşanda heyrətə düşüb.
 

"Onların ayı olduğunu düşündüm. Fikirləşdim ki, yəqin, iki ayıdır, süpürləşirlər. Onların fotolarını çəkmək üçün nərilti gələn yerə yollandım. Gördüyüm mənzərə qorxuncdu. İki nəhəng, tüklü məxluq yanaşı yeriyirdi. Onlar ayı deyildilər. Çünki dik gəzən, boyu da 2 metrdən artıq ayı olmur", - 57 yaşlı C.Stounmen deyib.

Stounmen həmin məxluqların fotolarını çəkib. Onun sözlərinə görə, fotolardakı məxluqlar nəhəng "qar adam"larıdır.

Ekspertlər həmin yeri araşdırıblar və onlar bildiriblər ki, meşəlikdəki izlər ayı, yaxud başqa yırtıcının izləri deyil. DNT analizləri də meşəlikdə naməlum məxluqların olduğuna dəlalət edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.







Fotolar: Daily Mail
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.