Fotoları çəkən turist Con Stounmenin dediyinə görə, ağacların arasında səs-küylə hərəkət edən, nərildəyən məxluqların ayı olduğunu düşünüb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, həmin məxluqların səslərinin gəldiyi yerə yaxınlaşanda heyrətə düşüb.
"Onların ayı olduğunu düşündüm. Fikirləşdim ki, yəqin, iki ayıdır, süpürləşirlər. Onların fotolarını çəkmək üçün nərilti gələn yerə yollandım. Gördüyüm mənzərə qorxuncdu. İki nəhəng, tüklü məxluq yanaşı yeriyirdi. Onlar ayı deyildilər. Çünki dik gəzən, boyu da 2 metrdən artıq ayı olmur", - 57 yaşlı C.Stounmen deyib.
Stounmen həmin məxluqların fotolarını çəkib. Onun sözlərinə görə, fotolardakı məxluqlar nəhəng "qar adam"larıdır.
Ekspertlər həmin yeri araşdırıblar və onlar bildiriblər ki, meşəlikdəki izlər ayı, yaxud başqa yırtıcının izləri deyil. DNT analizləri də meşəlikdə naməlum məxluqların olduğuna dəlalət edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.