"Məqsədimiz qadın sevən qadınları Rusiyaya tanıtmaq, onların ən dəyərli və ləyaqətli təmsilçilərindən bəhs etməkdir", - Çernyavskaya bildirib.
18+ nişanı ilə çıxarılan Agens jurnalı ildə 4 dəfə çap ediləcək və xüsusi yerlərdə satılacaq.
Jurnalın pilot sayının tirajı 999 nüsxədir.
Rusiyada homoseksualizm və lesbiyanlıq cinayət sayılmasa da, cəmiyyət "mavi"lərlə "çəhrayı"lara çox pis baxır. Bu şəxslərin yürüş və ya parad keçirmək cəhdləri həmişə çox sərt reaksiya ilə qarşılaşır.
Fotolar: AFP, AP, Getty İmages