Ölkə

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

25 İyun 2025 13:36
Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərlotereya"nın çox sevilən "Poz-Qazan" lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu "Poz-Qazan" biletləri 1500-dən çox OBA mağazasında şanslı qaliblərini gözləyir.

Sizə ən yaxın OBA mağazasına gedərək öz bəxtinizi sınaya və 500 000 manatadək böyük uduş qazanmaq şansı əldə edə bilərsiniz. Biletlərə olan böyük maraq sayəsində artıq müxtəlif uduşlar da qeydə alınıb. 

Təkcə cari ayda OBA-da 3 böyük uduş öz sahiblərini tapıb. Uduşlu biletlər OBA-nın İnşaatçılar metrostansiyası yaxınlığında, Hökməli və Mərdəkan qəsəbələrində yerləşən mağazalarından alınıb.

"Xoşbəxt" lotereyasında bir nəfər 50 000 manat qazanaraq sözün əsl mənasında xoşbəxt olub. "Prestij" lotereyasında isə 2 biletdə 50 000 və 5 000 manat qazanılıb.

"Azərlotereya"nın 5000-dən 500 000 manatadək böyük uduşlu "Poz-Qazan" biletlərində qalib olmaq şansı əldə etmək istəyirsinizsə, OBA mağazalarına yaxınlaşmağınız kifayətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.