Ölkə

Türkiyədəki arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi - Həbs edildi

25 İyun 2025 15:14
Baxış: 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə arvadını bıçaqlamaqda və onunla gizli münasibətdə olan şəxsi qətlə yetirməkdə ittiham olunan Can İlker Behlül Bakıda həbs edilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanları Can İlker Behlülün Azərbaycanda gizləndiyini müəyyən edərək onun ekstradisiyası üçün rəsmi müraciət edib.

Ədliyyə Nazirliyinin nümayəndəsi tərəfindən ağır cinayətdə təqsirləndirilən şəxsin Türkiyəyə təhvil verilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət olunub.

Məhkəmə baxışı zamanı məlum olub ki, Can İlker Behlül Bakıda yenidən ailə həyatı qurub və bir övladı var. O, özünü təqsirli bilmədiyini deyib, ekstradisiyaya etiraz edib. Lakin məhkəmə Ədliyyə Nazirliyinin təqdim etdiyi sübutları əsaslı hesab edib. Qərara əsaasən, Can İlker Behlül Türkiyəyə ekstradisiya edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.