Dünya

Baydenin əvəzinə sənədlərə o, imza atırmış – TƏFƏRRÜAT

25 İyun 2025 19:10
Baxış: 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Baydenin adından sənədlərin avtomatik imzalanması prosesi ilə bağlı yeni detallar üzə çıxıb. Məlum olub ki, bu prosesə Baydenin keçmiş baş köməkçisi və Daxili Siyasət Şurasının keçmiş direktoru Nira Tanden nəzarət edib.

Milli.Az xəbər verir ki, bu barədə "Fox News" öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, iyunun 25-də Nira Tanden ABŞ Konqresində verdiyi ifadədə 2021-2023-cü illər ərzində Co Baydenin adından avtomatik imza alətindən istifadə olunmasına birbaşa cavabdeh olduğunu bildirib. O, bu sistemin Bayden administrasiyasına əvvəlki prezidentlik dövrlərindən miras qaldığını qeyd edib.

Tandenin sözlərinə görə, Baydenlə qarşılıqlı əlaqəsi məhdud olduğundan avtomatik imzaların istifadəsinə yekun icazəni konkret olaraq kimin verdiyini bilmədiyini deyib. O, yalnız prezidentin yaxın çevrəsinə memorandumlar göndərdiyini, lakin təsdiqləmə və icra arasında olan mərhələyə nəzarət etmədiyini vurğulayıb.

O həmçinin qeyd edib ki, Co Baydenin səhhəti və ya onun prezident vəzifəsində işləmək qabiliyyəti ilə bağlı heç bir müzakirə aparılmayıb. Onun sözlərinə görə, prezidentin vəziyyətini gizlətmək məqsədilə heç bir cəhd göstərilməyib.

Bu açıqlamalar Baydenin yaş və səhhətinə dair artan ictimai narahatlıq fonunda əlavə diqqətə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.