Dünya

Bu türk dövləti rus dilindən imtina edir

25 İyun 2025 21:39
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

MDB ölkələrindən birində - Qırğızıstanda rus dilində yayımı məhdudlaşdıran qanun layihəsi təsdiqlənib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Qırğızıstan parlamenti "Televiziya və radio yayımı haqqında" qanuna düzəlişləri ikinci və üçüncü oxunuşda qəbul edib. Sənədə əsasən, qırğız dilində yayımın həcmi ən azı 60 faiz olmalıdır. Buna nail olmaq üçün rus dilində yayım azalacaq.

Bundan əlavə, respublikada məmurların qırğız dilini öyrənməyə məcbur ediləcəyi məlum olub. Qırğız dilini bilməyənin dövlət qulluqçusu olması mümkün olmayacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.