Təhsil

"Tək gözlə imtahandan 55 bal topladım" - Gözünü arı sancan müəllim

25 İyun 2025 23:35
Baxış: 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sertifikatlaşdırma prosesi həm də maraqlı anlarla yadda qalıb.

Milli.Az xəbər verir ki, Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin kimya müəllimi Firuzə Əhmədovanı imtahandan öncə gözündən arı sancıb.

Yaxınları ona imtahana qatılmamağı tövsiyə etsə də, müəllim prosesdə iştirak edib və 55 bal toplayaraq Qax rayonunda öz fənni üzrə birinci olub.

"Tək gözlə imtahandan 55 bal topladım. İmtahanda hər səviyyədən suallar var idi. İlk 30 sualı bitirəndə cəmi 22 dəqiqə keçmişdi. Proses tam şəffaf şəkildə keçdi. Düşünürəm ki, fənnini bilən və vaxtı düzgün dəyərləndirən hər bir müəllim yaxşı nəticə göstərə bilər", - deyə Firuzə Əhmədova bildirib. (Unikal)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.